Böyük balıqlar ümumiyyətlə dayaz suda ölür. Zhuge Liang
Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər. Bencamin Franklin
Dayaz fəlsəfə insan əqlini allahsızlığa sövq edir, dərin fəlsəfə isə insan əqlini dinə, Allaha doğru yönəldir. Frensis Bekon
Dərin də olsa, dayaz da olsa - şumla, tez-tez də olsa, az-az da olsa - ək. Tamil atalar sözləri
Duman dərələrdə dincələr, timsah dayaz sularda. Madaqaskar atalar sözləri
Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım. Oskar Uayld
O məhəbbətdə ki, dostluq, yoldaşlıq, ümumi mənafe yoxdur, belə məhəbbət dayaz və zəifdir.. [1] Françesko Petrarka
Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur. Qabusnamə
Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. Əbu Turxan
↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005