A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
  • Ağıllı güzəştə gedər. Alman atalar sözləri

C redaktə

  • Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik. Abdulbari Gözəl

D redaktə

  • Düşmənlər hökmdarlar tərəfindən məhv edilməlidir. Fərq etməz: silah, güzəşt, mübahisə və ya istila ilə. Çanakya

G redaktə

  • Gözləməyi bacaran insan heç nə üçün güzəştə getməməlidir.[1] Ziqmund Freyd

H redaktə

  • Heç kim plan qurarkən və onu icra edərkən ehtiyatlı olmur. Mülahizələrdə biz möhkəmik, hərəkətlərdə isə qorxuya güzəştə gedirik. Fukidid

X redaktə

  • Xahiş edildikdə güzəştə gedən qadınlar xahiş edilməmişdən qabaq güzəştə gedən qadınlardan bir baş ucadır. Daniel Defo

İ redaktə

  • İnsan təbiətində, xüsusi ilə də ruslarda əcaib bir xüsusiyyət var: o, başqasının ona əyildiyini və ya güzəştə getdiyini görcək, onun özü az qala üzr istəməyə hazır olur. Nikolay Qoqol

K redaktə

M redaktə

  • Məcburi yalana güzəştə getmək olar, lakin ona haqq qazandırmaq olmaz. İmmanuel Kant
  • Mən heç kimə güzəştə gedirəm. Latın atalar sözləri
  • Mən həmişə mübahisədə hirslənməməyə və güzəştə getməyə çalışmışam və sakitliyə nail olmuşam və nəticədə mübahisə yoluna qoyulub. Mübahisənin lap əvvəldən dayandırılmamasına həmişə peşman olursan. Lev Tolstoy

Ö redaktə

  • Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridir. Jan de Labrüyer

S redaktə

  • Sevgi - bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur. Sev və soruşma. Sadəcə sev. Paulo Koelyo

Y redaktə

  • Yaxşı dəlillər ən yaxşı dəlillərə güzəştə getməlidir. Uilyam Şekspir
  • Yola çıxmağa hazırlaşarkən özünüzlə böyük miqdarda ehtiyatlılıq və güzəştə getmə ehtiyatı götürün. Birincisi sizi ziyandan və itkilərdən, ikincisi isə mübahisələrdən və davalardan qoruyar. Artur Şopenhauer

V redaktə

  • Vətəndaş müharibələrində hər şey bədbəxtlikdir. Amma bu müharibələrdə ən bədbəxt şey qələbə çalmaqdır. Qalib gəlməyinə kömək edənlərə güzəştə gedərək hətta öz istəyinin əksinə çox şeylər etmək lazım gəlir. Mark Tulli Siseron

İstinadlar redaktə

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015