Bir dəfə adamın birindən Şeksperi sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Şeksperi oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. Çarlz Bukovski
Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
Bütün qanunlar qocalar və kişilər tərəfindən yaradılıb. Gənclər və qadınlar kənara çıxmalar, qocalar qaydalar axtarır. Yohann Volfqanq Göte
Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
Musiqi ruhun etik tərəfinə müəyyən təsir göstərə bilər; və musiqinin belə xüsusiyyətləri olduğu üçün, açıqca, gənclər üçün təhsil mövzuları sırasına daxil edilməlidir. Aristotel
…Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir… Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər uğurlu, parlaq olacaqdır. Mən əminəm ki, xalqımızın fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanmış təcrübə, yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək səviyyəsi Azərbaycanın indi orta məktəbdə təhsil alan gənc nəslin gələcəyə hərtərəfli hazırlanmasına təminat verir. Heydər Əliyev/Təhsil
Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, özünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko
Təhsil оcaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Heydər Əliyev/Təhsil