Bədənin dərmanı - dana əti, urəyin dərmanı - Marmam. (Marmam - amxarlar arasında geniş yayılmış qadın adı). Amxar atalar sözləri
Bilik kağız üzərində deyil, məclislərdə söylənilən nitqlərdə deyil, həqiqi bir məhfum olaraq geniş kütlənin şüuruna yerləşdirilməlidir. Yusif Vəzir Çəmənzəminli
Bu bir həqiqətdir ki, cəmiyyətin tarixi dönəmlərində yaranan demokratik ab-hava ayrı-ayrı zümrələrin qəzet və jurnal nəşrinə geniş meydan açır. Teymur Əhmədov
Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz "eqo" əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir. [1]Ziqmund Freyd
Elmdə geniş bir şahrah yol yoxdur və o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daş-kəsəkli yolları ilə dırmansın. Karl Marks
Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər. Tur Xander
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
İnsana nə üç arşın torpaq, nə də malikanələr lazım deyil, ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini meydana çıxara bilsin. Anton Çexov
İrq və millət olaraq məncə Türklər geniş imeratorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır. Alfons de Lamartin
Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo