Adamlar qanunla hüququ tez-tez qarışıq salırlar. Yeji Lents
Azadlıq və hüquq əkiz bacılardır. Azadlıq yalnız möhkəm bir nizam içində reallaşa bilər. Azadlığı qorumaq və yıxıldığı yerdə yenidən tikmək, azadlıq aşiqlərinin ilk vəzifəsidir. Fridrix Ebert
Elm və incəsənət öz mənşələrinə görə bizim qüsurlarımıza borcludurlar. Əgər onlar öz mənşələri ilə bizim fəzilətlərə borclu olsaydılar, onların üstünlüklərinə az şübhə edərdik... Əgər insan ədalətsizliyi olmasaydı, hüquq bizə nə üçün lazım olardı? Jan Jak Russo
Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Məmməd Əmin Rəsulzadə
Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır. Tur Xander
Heç kim dünyaya hüquq və ədalət haqqında hazır anlayışlarla gəlmir. Ancaq insan təbiəti elə qurulmuşdur ki, müəyyən bir yaşda bu həqiqətlər təbii olaraq yaranır. Volter
Həkim insanı onun bütün zəifliyində, hüquqşünas onun bütün alçaqlığında, teoloq onun bütün sarsaqlığında görür. Artur Şopenhauer.
Hər bir insan öz gücünün ölçüsünə görə hüquqa malikdir. Benedikt Spinoza
İnsan fiziki şəxs olaraq özünüifadə azadlığına malik olmalı, hətta ağlını itirəndə də öz dəliliyini azad ifadə etmək hüququ olmalıdır. Müəmmər əl-Qəzzafi
İnsan münasibətlərində hüquq yalnız o zaman məna daşıyır ki, bərabər gücə malik iki tərəf hər bir tərəf üçün ümumi olan zəruriliyi qəbul edir. Fukidid
Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng