Həkim
Tibb sahəsində yüksək səviyyədə elm və bacarığa malik insan
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir həkim bütün xəstələri eyni dərmanla müalicə edərsə, əksəriyyəti öləcək. Əbu Hamid əl-Qəzali
- Bu, vərəmli xəstənin halına bənzər: həkimlər deyir ki, başlanğıcda bu xəstəliyi müəyyən etmək çətin, müalicə etmək asandır; amma xəstəlik irəliləmişsə, onu müəyyən etmək asan, müalicə etmək çətin olur. Dövlət işlərində də vəziyyət belədir: qarşıdakı çətinliklər vaxtında aşkar edilərsə, – ki bu da müdrik hökmdarlara nəsib olur, – onlardan qurtulmaq da asan olur; amma bu çətinliklər hər kəsin görə biləcəyi qədər böyüyərsə, artıq heç bir çarə kömək etməz. Hökmdar (Makiavelli)
C
redaktə- Cahil bir həkim ölüm düşərgəsinin yardımçısıdır. İbn Sina
E
redaktə- Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmalıdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Hippokrat
- Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Həzrəti Əli
Ə
redaktə- Ən pis xəstəlik “qorxaq” xəstəlikdir; həkimi görəndə gizlənir. Əbu Turxan.
- Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir, Bencamin Franklin
D
redaktəG
redaktə- Gün düşməyən evə həkim girər. Belçika atalar sözləri
H
redaktə- Hadisələrin baş vermə tərzinə məhəl qoymayan bir dövlət xadimi, müalicə etmək niyyətində olduğu xəstəliklərin səbəblərini bilməyən bir həkim kimidir. Polibi
- Hamı həkimin dostudur. Adıgey atalar sözləri
- Həkim bir-iki xəstə öldürməyincə, həkim olmur. Teluqu atalar sözləri
- Həkim filosofdur. Çünki, müdriklə tibb arasında böyük bir fərq yoxdur. Hippokrat
- Həkim xəstəliyi müalicə edir, təbiət isə sağaldır. Hippokrat
- Həkim insanı onun bütün zəifliyində, hüquqşünas onun bütün alçaqlığında, teoloq onun bütün sarsaqlığında görür. Artur Şopenhauer
- Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir. Hippokrat
- Həkim şahin baxışa, qız əllərinə, ilan müdrikliyinə və şir ürəyinə malik olmalıdır. İbn Sina
- Həkimə vaxtında getməkdən qorxma. Fyodor Uqlov
- Həkimi çox olan xəstə ölər. Amxar atalar sözləri
- Həkimin üç silahı var: söz,bitki, bıçaq. İbn Sina
- Hәkimlә söhbətdәn sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir. Vladimir Bexterev
- Hər işdə olduğu kimi, məhəbbətdə də təcrübə xəstəlik qurtarandan sonra gələn həkim kimidir. [1] Ninon de Lanklo
X
redaktə- Xəstə xəstəliyə qarşı mübarizəni həkimlə birlikdə aparmalıdır. Hippokrat
M
redaktə- Mən dünyada ən tanınmış həkim ola bilərdim. Lakin dünyada ən tanınmış pasient oldum. Ceki Çan
- Min adamın gözünü korlayandan sonra göz həkimi oldu. Malayal atalar sözləri
- Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
Ö
redaktə- Ömür qısa, sənət yolu uzun, əlverişli fürsət tezkeçən, təcrübə aldadıcı, fikir çətindir. Ona görə də nəinki həkimin özü hər şeydən istifadə etməli, eləcə də xəstə, onu əhatə edənlər, bütün xarici amillər həkimin fəaliyyətinə kömək etməlidir. Hippokrat
T
redaktə- Təbabət – elmlərin şahzadəsi, ilahi peşə ideal, müdrik həkim isə ilahi varlıqdır. Hippokrat
- Təcrübəli həkim 3 əsas keyfiyyətə malik olmalııdr: 1. İnsanlığa məhəbbətə; 2. Elmi biliyə; 3. Müəmmalı sirlərin açılmasına göstərilən marağa. Pol Uayt
- Təmiz hava girməyən evə həkim girər. Azərbaycan atalar sözləri/T
Y
redaktə- Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək. Sokrat
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.432