Həqiqi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
  • Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
  • Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel

BRedaktə

  • Başda yox, ürəkdə olan hər cür sevgi özünəməxsus tərzdə həqiqi və gözəldir. Vissarion Belinski

DRedaktə

  • Dost seçərkən sizdən daha yaxşı olanı seçin. Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır. Çin atalar sözləri

ERedaktə

  • Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan. Georq Vilhelm Fridrix Hegel

ƏRedaktə

  • Ən pis təklik heç bir həqiqi dostlun olmamasıdır. Frensis Bekon

HRedaktə

  • Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır. Pyer Büast
  • Həqiqi, bəşəri məhəbbət hissi şıltaqlığ və ya ürəyin nazı üzərində deyil, ancaq bir-birini insanlıq ləyaqətinə hörmət üzərində qurula bilər. Vissarion Belinski
  • Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür. Romen Rollan
  • Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir. Əbu Turxan
  • Həqiqi dost bizi bacardığımız işi etməyə yönəldir. Ralf Uold Emerson
  • Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)
  • Həqiqi dostlarla birgə içilən su da şirin dadır. Çin atalar sözləri
  • Həqiqi dostluqdan başqa, bütün münasibətlər müvəqqətidir Romen Rollan
  • Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. (Karl İmmerman:Alman şairi)
  • Həqiqi əxlaqın yüksək prinsiplərindən biri şəxsiyyətinə fərq qoymadan hər bir insana hər şeydən əvvəl onun insan olmasına, sonra isə şəxsi ləyaqətinə görə hörmət etməkdir. Vissarion Belinski
  • Həqiqi insan sevgisi yalnız hisslərin, ürəyin şıltaqlığına yox, eyni zamanda bir-birinin ləyaqətinə qarşılıqlı hörtmət etməyə əsaslana bilər. Vissarion Belinski
  • Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
  • Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir. Pittak
  • Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox. Vissarion Belinski

SRedaktə

  • Sevgi həqiqi mükəmməlliklər axtarmır; bundan əlavə, o, sanki onlardan qorxur: ona yalnız o mükəmməlliklər lazımdır ki, o özü yaradır və düşünür.

İstinadlarRedaktə