A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzi adamlarda pul toplamaq hərisliyi yaranır və bu hərislik insanı pulun sahibinə deyil, əsirinə çevirir. Ralf Uold Emerson
  • Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali
  • Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir. Türkmən atalar sözləri
  • Hərislik bir qayığın yelkənini şişirdən küləyə bənzər. Çox olarsa - qayığı batırar, az olarsa - qayıq olduğu yerdə qalar. Volter
  • Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur. Əbül Fərəc
  • Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. Onore de Balzak
  • İnsan ruhuna hakimlik hərisliyi fiziki malik olmaq cəhdindən heç də az güclü olmur. (“Tor körpüsünün sirri”). Artur Konan Doyl
  • Qadın öz gözəlliyi ilə, brəhmən hökmdara xidməti ilə hər kəsi məhv etməyə qadirdir. Anasından aralaşan buzov məhv olacaq, həddindən artıq pul qazanmaq hərisliyi isə pulun itirilməsinə gətirib çıxaracaq. Çanakya
  • Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
  • Mənfəət hərisliyi ürəyi və zehni qurudur. Pyer Büast
  • Sevginin tam əksi heç də ayrılıq yox, qısqanclıq yox, unutqanlıq yox, hərislik yox, münaqişədir. Karpo Lope de Veqa
  • Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq –zənginliyə olan hərislikdir. Sun Dzı