Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
Bəzən fikirlərini də dəyişməlisən, çünki sən fikirlərinin köləsi deyil, sahibisən. Namiq Kamal
Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. Məhəmməd peyğəmbər
Kim özünü bütünlüklə nəşənin və ya kədərin ixtiyarına tapşırarsa, o, kölə vəziyyətinə düşər. Seneka
Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel
Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin. Blez Paskal
Kölənin bir ağası olur, tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir. (Ralf Emerson:Amerika şairi və filosofu)