Bir çox hallarda İsa küçədə yaşayan şəxs kimi idi. Onun nə evi, nə də ki, maddi imkanı var idi. Buna baxmayaraq O, həyatları və heç kimin etmədiyindən daha çox tarixin axınını dəyişib. Buna görə də Müqəddəs Kitabı din haqqında yox amma İsa Məsih haqqında öyrənmək üçün oxumağa davam etdim. Bütün İncil boyu Məsih, peyğəmbər ya da ki, yaxşı tərbiyəli olduğunu yox Allah olduğunu iddia edir. Heç bir tərifə layiq adam belə iddia etməmişdir. Əgər həqiqətən O yerdə olan Allah idisə, mən bununla razılaşmalı idim. Kevin Cenkins
Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı. Viktor Hüqo
Bir küçədə sevdiyiniz biri yaşadığı zaman, ora sizin üçün bir dünya olar. Lorens Darrell
Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi
Gəncliyimin sonunu xəbər verən əlamətlər arasında ən önəmlisi ədəbiyyata böyük marağımın olmamasıdır. Artıq, hər şeyə rəğmən, bir vaxtlar eşitdiyim ruhani həqiqətləri tapmaq ümidi ilə kitablar açmıram. Oxuyuram, getdikcə daha çox oxuya bilmək istəyirəm, amma bir vaxtlar olduğu kimi, kitablarda tapdığım müxtəlif təcrübələri nə həvəslə qarşılayıram, nə də onları parlaq, poetika qədər rasional səs-küyə çevirmirəm. Turin küçələrində gəzərkən də eyni şey olur. Mən artıq bu yerləri yaratmaq səylərini sürətləndirən romantik, simvolik güc mənbəyi kimi görmürəm. Hər dəfə “bu, əvvəlcədən hazırlanmışdır” demək istəyirəm. Sevdiklərimi, vəsvəsələrimi, yorğunluğumu, istirahətimi hərtərəfli nəzərdən keçirəndə, açığı, daha həyata yeni kəşflər gətirəcək bir sahə kimi baxmıram, poeziya bu baxımdan məni daha az maraqlandırır. Çezare Paveze
Hər birimiz bu və ya digər vaxtda normal insandan çıxarılmış surət olduğumuzdan, hardasa böyük dünyada yəqin ki, orijinallarımız var və yaşayır. Deməli, nəzəri də olsa ehtimal var ki, öz orijinalımızı tapa bilərik. Bu səbəbdən bizlərdən kimsə bayıra çıxan kimi küçədə, ticarət mərkəzlərində, yol qırağı kafelərdə oxşarlıq -özü və dostları üçün “mümkün mən” tapmaq üçün insanlara diqqətlə baxırdı. Kazuo İşiquro
Küçə itlərinin ov itini görməyə gözü olmadığı kimi hünərsizilərin də hünər sahibini görməyə gözləri olmaz, hay-küy qoparırlar, lakin qabağa gəlməkdən qorxarlar, yəni rəzil adam sənətdə birinə üstün gələ bilmədikdə böhtana başlayıb onun üstə düşər. Sədi Şirazi