- Bütün yazıçıları son nəticədə məğlubiyyət gözləyir, çünki bizim bilmək və təsvir etmək istədiklərimizi yalnız Allah bilə bilər. Uilyam Folkner
- Ən acı məğlubiyyət ləyaqətsiz rəqibdən aldığın məğlubiyyətdir. Esxil
- Ən böyük məğlubiyyət özünü itirmək, özünü ələ ala bilməməkdir. Demokrit
- Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar. (勝てば官軍、負けば賊軍 kateba kan-gun makeba zoku-gun)/ Yapon atalar sözləri
- Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. Rual Amundsen
- Müharibə heç bir problemi həll etmir; qalibiyyət elə məğlubiyyət kimi dağıdıcı təsir göstərir. Aqata Kristi
- Sən rəqibi özündən zəif bilsən, onu da bil ki, sən artıq məğlubiyyətə dəvətnamə göndərmisən.Uilyam Şekspir