Almaniyanı məğlub etmək lazımdır - bu, təkcə Rusiya üçün deyil, bütün imkanları qabaqda olan ən böyük Slavyan dövlətləri üçün, həm də Avropa dövlətləri üçün ölüm -dirim məsələsidir. Almaniyanın məğlubiyyəti ümumavropa irticasının məğlubiyyəti və Avropa inqilablarının yeni dövrünün başlanğıcı olacaq. Leonid Andreyev
Bir adamın öz özünü məğlub edərək qazandığı zəfər, bir başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır. Qautama Budda
Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar. Nikkolo Makiavelli
Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər. Dalay Lama
Ən böyük igidlik odur ki, məğlub olanda da ruhdan düşməyib yenə də qələbə ümidi ilə yaşayasan.[1]Robert Qrin İngersoll
Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. Əbu Turxan
Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur. Yılmaz Ərdoğan
Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! Şeyx Ədabali
Heç məğlub olacağımı düşünməzdim, amma oldu. Belə halda ən yaxşısı bu məğlubiyyəti qəbul etmək. Mənə inananlar qarşısında vəzifəm də elə budur. Çünki vaxt gələcək, hamımız bir məğlubiyyətlə üzləşmək məcburiyyətində qalacağıq. Məhəmməd Əli
Həmişə sınadın, həmişə məğlub oldun. Olsun. Yenə sına, yenə məğlub ol. Daha yaxşı məğlub ol. Semyuel Bekket
Hər insan məğlub olar, amma sevməyən imtina edər unutma. Bil ki eşq; məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində. Paulo Koelyo
Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq.
İnsanın təbiətində nə qədər çox qısqanclıq varsa, bir o qədər çox şeyə nail olanları tənqid edir. Əgər siz tənqidi danışırsınızsa və neqativ fikirlər səsləndirirsinizsə, bu, öz uğursuzluqlarınızın qarışıq, nifrətlə dolu zehnin səbəb olduğu ola bilər. Psixi sağlamlığın əlaməti başqaları nail olduqda sevinmək və onlarla birlikdə sevinməkdir. Heç vaxt özünüzü və ya nailiyyətlərinizi başqaları ilə müqayisə etməyin, ancaq özünüzlə müqayisə edin. Özünüzlə davamlı rəqabət aparın. Bu, sizi daha yüksək standartlara və nailiyyətlərə nail olmağa məcbur edəcək. Kinli və ya paxıl fikirlərə qapılmaqla özünüzü məğlub etməyin. Düzgün, sevgi, ümid və nikbinliklə düşünün və həyatda qələbə qazanacaqsınız. Norman Vinsent Pil
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
Mən ən yaxşısı deyiləm, yaxşıların yaxşısıyam. Rəqiblərimi sadəcə məğlub etməklə razılaşmıram, həm də onları hansı raundda məğlub edəcəyimi belə müəyyən edirəm. Məhəmməd Əli
Müharibəni və yaxud döyüşü başlamaq lazım deyil, əgər əminlik yoxdur ki, qalib gəldikdə daha çox şey əldə edəcəksən, nəyin ki, məğlub olduqda itirəcəksən.Oktavian Avqust
Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. Qolda Meir
Müvəffəqiyyətlərdə qüruru məğlub etmək, fəlakətlərdə ümidsizliyə müqavimət göstərmək lazımdır. Mustafa Kamal Atatürk
Nağıllar reallıqdan daha üstündür - ona görə yox ki, onlar bizə əjdahaların mövcudluğunu deyir, ona görə ki, əjdahaları məğlub etməyin mümkün olduğunu göstərir. Nil Qeyman
Nə qədər qəribə olsa da, bəzən qaliblər məğlub etdikləri düşmənlərini təqlid edirlər. Tarixdən buna aid çoxlu misallar göstərmək olar. Lyuk de Klapye Vovenarq
Rusları məğlub etmək mümkün deyil, biz bunu yüz il ərzində gördük. Ancaq onlara yalan dəyərlər aşılaya bilsəniz, onlar özləri-özlərini məğlub edəcəklər. Otto fon Bismark
Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur. Nazim Hikmət
Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan. Oskar Uayld
Şəkilsiz bir varlıq aydın ola bilməz, halbuki müəyyən bir mövqedə olanı anlamaq asandır. Aydın ola bilməyən qazanarkən, aydın olan məğlub olacaq. Du Mu