Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər? Bertran Rassel
Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. — İlyas Əfəndiyev
Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir. Jan de Labrüyer
Xoşbəxt olma ehtimalımız onsuz da vücudumuz tərəfindən məhdudlaşdırılmışdır. Bədbəxtliyə alışma xoşbəxtliyə nisbətən daha asandır. İnsan üç müxtəlif yöndən gələn əzablarla təhdid olunur. Bunlardan biri - birbaşa öz bədənimizdən qaynaqlanan və bir müddətdən sonra yoxa çıxmağa məhkum olan, xəbərdarlıq işarəsi şəklində ağrı və təşvişlə birlikdə ortaya çıxan əzablar; digəri - xarici aləmdə meydana gələn, yorucu və amansız zərərlərlə daha da şiddətlənən əzablar; axırıncısı isə, başqa insanlarla münasibətimiz nəticəsində yaranan əzablardır. Məhz axırıncı növ böyük ehtimalla o birilərinə nisbətən ən ağrı-acılı əzablardır. Ziqmund Freyd
İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fədakarlığı məhkum etmək olmaz. Xosrov Ruzbeh
İyirmi dörd dost və sədaqətli köməkçilər ölümə məhkum idi! Bu çox qəddarcasına idi amma belədə olmalıdı idi. Biz qərar gəlmişdik ki, məqsədə çatmaq üçün heç bir şeyi əsirgəməyəcəyik. Rual Amundsen
Qadınlar kişilər kimi yazıb, kişilər kimi yaşayıb, yaxud kişilərə oxşasalar, heyif olar. Axı dünyanın böyüklüyü və fərqliliyinə nəzərən iki cins nədir ki?! Niyə bir cinsə məhkum olaq?! Virciniya Vulf
Yadda saxlayın ki, tamahkar və fırıldaqçı adam vaxtında bu keyfiyyətlərindən əl çəkə bilməyib və nəticədə ölümə məhkum edilib. Bu, hamımızın öləcəyi faktı qədər dəyişməzdir. Çarlz Dikkens