Məntiq
təfəkkürün qanun və formaları haqqında elm
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
E
redaktə- Elm deyə, məntiq deyə, ağıl deyə bir şey var; təcrübə ilə təsdiqlənən düşüncə var. Bir də Kaliforniya deyə bir şey var. Edvard Abi
- Eşq çadırının qurulduğu yerdə məntiq axtarma. Sədi
- Eşqdə məntiq axtarmaq məntiqsizlərin işi. Eşqdə məntiq olsa; sonunda qırılacağını bildiyi bir ürəyin sevməsinə icazə verməzdi. Oldos Haksli
F
redaktə- Formal məntiq fəlsəfi daltonizmdir. Tur Xander
H
redaktə- Hər hansı məntiqdən daha vacib olan bir şey var: o, təxəyyüldür. Alfred Hiçkok
İ
redaktə- İnsanları bir-birinə bağlayan məntiq deyil, qarşılıqlı hörmət və məhəbbətdir. Qustav Lebon
M
redaktə- Məntiq də elm kimi insanın ağası yox, qulluqçusu olmalıdır. Uinston Çörçill
- Məntiq dünyanı məndən uzaqlaşdırdı. Piter Abelard
- Məntiq düşüncənin anatomiyasıdır. Con Lokk
- Məntiq mərhəmət tanımır. Viktor Hüqo
- Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə. Albert Eynşteyn
- Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. Anri Puankare
- Məntiqlə bəslənməyən şey məntiqlə idarə oluna bilməz. Artur Şopenhauer