A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıl, qavrayış hissindən istifadə edərək rast gəldiyi qəribə naməlum yerləri araşdırdı. Nə görmə, nə də eşitmə orqanlarına malik idi, ancaq qavrayış hissi çox mükəmməl idi. İyirmi metrlik bir radiusda ətrafını aydın şəkildə "görə" bildi və qırx məsafədəki hər şeyi nə qədər bulanıq görsə də gördü. Amma onun "görmə qabiliyyəti" maneə yaradan obyektlərdə dayanmadı. Ağacın gövdəsinin arxasına yapışan qabığı önünü gördüyü qədər aydın görürdü. Və o, hər istiqamətdə gördüyü eyni məsafədə və eyni aydınlıqda yerə baxa bildi. Titrəmələri hiss etmə qabiliyyəti daha da irəli getməsinə imkan verdi. Frederik Braun
  • Ağıl və dərrakə arasında düşündüyümüzdə də böyük məsafə var. [1] Napoleon Bonapart

B redaktə

  • Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə, burada ildə 200 dəvə yükündən çox neft çıxarılır. Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər. [2] Əbdürrəşid Bakuvi
  • Bilməlisən ki, gerçək dostların arasına məsafə girməz. Gerçək eşqlərin də! Can Yücəl
  • Borclu olduğumuz kreditorlar yeni günə başlayan an, biz artıq açıq dənizdə bizim üçün təhlükəsiz bir məsafədə idik. Yeddi quldur bu vaxta qədər qara bayraq altında üzənlərin ən xoşbəxtləri idi. Rual Amundsen
  • Bütün yollar kəsişir. Məsafə bir təsəvvürdür. Çarlz Dikkens

D redaktə

E redaktə

  • Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır. Vanqa

Ə redaktə

H redaktə

  • Heç yerə tələsmək lazım deyil. Özünü rahat hiss etdiyin yerdə qal. Narahatlıq hiss etdiyin an olduğun məkanı tərk et, ürəyinin səsi apardığı yerə get. Yadda saxla, axtardığını tapmaq üçün məkanı cismən tərk etməyə gərək yoxdur. Bu çox incə sərhəddir. Açarı tapmaq üçün fiziki deyil, mənəvi məsafə qət etməlisən. Şri Şri Ravi Şankar
  • Həyata yuxarıdan baxsan insanların yalnız təpəsini görərsən. Həyata daim insanlarla eyni məsafədən bax, o zaman insanların həm üzünü, həm ürəyini görərsən.. Şəms Təbrizi
  • Hökmdar başqaları ilə münasibətdə müdrik, mehriban, qüsursuz olmalı, insanları məsafədə saxlamalı, özünü qurban verməli, eləcə də ağrılara, həzzlərə dözməlidir. Çanakya/Hökmdar

İ redaktə

  • İki dağ arasındakı məsafə azdır, amma bu məsafəni qət etmək üçün ayaqlarında güc olmalıdır. Fridrix Nitsşe
  • İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər. Cübran Xəlil Cübran
  • İnsanın fiziki boyu onun başından yerə qədər olan məsafə ilə, mənəvi boyu isə başından göyə qədər olan məsafə ilə ölçülür. Şarl Perro
  • İnsanlarla məsafə saxlamasan, onlarla doğmalaşa bilməzsən. Rahid Ulusel

K redaktə

  • Kütləni heyran etmək istıyirsənsə, onu həmişə məsafədə saxla. Qustav Lebon

Q redaktə

  • Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən. Ceyn Ostin
  • Qıza göz qoymusunuzsa, ona yaxınlaşın (məsafə 2 metr). O bu məsafədən sizin hələ də xoşunuza gəlirsə, onunla danışın (məsafə 1 metr). Danışdığınız mənasız şeylərə gülürsə, onu ya rəqsə, ya da içkiyə dəvət edin (məsafə 50 santimetr). Bundan sonra yanında oturun (məsafə 30 santimetr). Gözləri parıldayan kimi saçını qulağının arxasına keçirin (məsafə 15 santimetr). Əgər saçına əl vurmağa icazə verirsə, ona bir az daha yaxın əyilərək danışın (məsafə 8 santimetr). Nəfəsi tezləşsə, dodaqlarınızı dodaqlarına sıxın (məsafə 0 santimetr). Əlbəttə, bütün bu strategiya bir məqsəd - məsafəni mənfiləşdirmək - güdür. Frederik Beqbeder

M redaktə

  • Məsafə atın gücünü sınadığı kimi, zaman da insanın ürəyini aça bilər. Çin atalar sözləri

U redaktə

V redaktə

  • Valideynlərinizə qarşı mehriban olmağa çalışın. Çalışın, onlara qarşı çıxmayın, çox güman ki, onlar sizdən əvvəl öləcəklər. Odur ki, özünüzü ən azı, günah hissindən xilas eləyə bilərsiniz. Əgər üsyan eləməyə ehtiyacınız varsa, onlar qədər həssas olmayanlara qarşı üsyan eləyin. Valideynlər – həddindən artıq yaxında olan hədəfdirlər; məsafə elə yaxındır ki, hədəfdən yayına bilməyəcəksiniz. Çox güman ki, valideynləriniz sahib olduqları hər şeyi sizə miras qoyacaqlar. Başqa sözlərlə, üsyan – son dərəcə effektiv pul yığmaq üsuludur. Hərçənd faizi gəlirli deyil. Hətta deyərdim ki, müflisliyə aparıb çıxarda bilər. İosif Aleksandroviç Brodski

Y redaktə

  • Yaxşı ağıla malik olmaq azdır, əsas onu tətbiq etməkdir.Ən böyük ruhlarda ən böyük qüsurlarla yanaşı, ən böyük fəzilətlər də yerləşib. Asta gedən həmişə düz istiqamətdə və bu yoldan uzaqlaşan və qaçan insandan çox uzaq məsafə qət edə bilər. Rene Dekart

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  2. [1] Qədim dünya səyyahları Azərbaycanın təbiəti haqqında