Maşın
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir çoxları İlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər. Ey axmaqlar! Axı Tanrı ona ağıl, deməli, seçmək azadlığı vermişdi, belə ki, ağıl seçmək bacarığından başqa şey deyildir, əks halda Adəm adicə maşın olardı.[1] Con Milton
D
redaktə- Deyirlər ki, bəzən avtomobil sükanı müasir mədəni insana qan iyinin pələngə göstərdiyi təsir kimi təsir göstərir. Amma yapon adi pələng deyil. O, təlimçinin əzab verib qızışdırdığı, cırnatdığı, qəsdən gülməyə və baş əyməyə məcbur etdiyi pələngdir, halbuki, bu pələng öz sahibini parçalamağa da hər daim hazırdır. Sükan arxasında əyləşərkən yapon qəti qana susamır. O, yalnız zəhləsini tökən intizamı, məhdudiyyətləri kənara atır. Özünü sağaltmağa, dərd-sərindən uzaqlaşmağa, acı xatirələrini unutmağa, onu nə sıxırsa hamısından yaxa qurtarmağa çalışır. Maşın sürəndə yapon sərbəstdir, onun heç bir məsuliyyəti yoxdur.
- Corc Mayks, “Qiyməti qalxan yen ölkəsi”. London, 1970
- Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır. Koko Şanel
Ə
redaktə- 50 adi insanın edə biləcəyi işi bir maşın edir. Fövqəladə bir insanın edə biləcəyini heç bir maşın edə bilməz. Elbert Habbard
- Ən yaxşı maşın yeni maşındır! Henri Ford
H
redaktə- Heç bir maşın maşını idarə edən adamdan böyük ola bilməz. Corc Patton
- Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.[2] Bənəzir Bhutto
- Hər bir cəmiyyət bir maşın tipi ilə əlaqələndirilə bilər: suveren cəmiyyətlər üçün sadə və ya dinamik maşınlar, intizam cəmiyyətləri üçün enerji maşınları və kibernetika, nəzarət cəmiyyətləri üçün kompüterlər. Lakin maşınlar heç bir şey izah etmir, əksinə maşınlar bir tərəfli olduğuna görə kollektiv birləşmələri təhlil etməliyik. Jil Delöz
- Həyat maşın sürmək kimi bir şeydir: nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. Anna De Stal
X
redaktə- Xış ilə məhsul olmaz, meydan maşın meydanıdır. Azərbaycan atalar sözləri/X
İ
redaktə- İnsan, maşın onu yeyənə qədər maşın icad edəcək. Jül Vern
- İstismarın ən bariz forması fahişəlikdir : burjuaziya hətta proletariata belə fiziki hücum edir... Qadın kişi şəhvətinin obyekti və uşaq yetişdirmək üçün maşın kimi istismar olunur. Fridrix Engels
- İşsiz və maşın paslanır. Rus atalar sözləri
M
redaktə- Müharibə dəhşətdir, qorxunc bir cinayətdir. Mən elə bir dağıdıcı gücə malik maddə və ya maşın icad etmək istərdim ki, onların köməyi ilə istənilən müharibə qeyri-mümkün olsun. Alfred Nobel
S
redaktə- Sürətli gedən maşın yana yuvarlanar. Yapon atalar sözləri
V
redaktə- Vətənpərvərliyin qəribə bir uğuru - düşünən varlığı sadiq bir maşına çevirməkdir! Emma Qoldman
Y
redaktə- Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo
İstinadlar
redaktə- ↑ Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.29
- ↑ Bənəzir Bhutto, Pakistanın baş naziri (1988-1990 və 1993-1996)