Namuslu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı, amma yalançı olmaqdansa, sadə və namuslu olmaq yaxşıdır. Sofokl
- Alçaq insanlar öz işlərində ona görə uğur qazanırlar ki, onlar namuslu insanlarla alçaq insanlarla davrandıqları kimi, namuslu insanlar isə alçaq insanlarla namuslu insanlarla davrandıqları kimi davranırlar. Vissarion Belinski
- Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar. Şarl Lui Monteskyö
B
redaktə- Bir uşağın tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. Deni Didro
D
redaktə- Dəqiqlik həm ədalətli düşüncə tərzinin, həm də yaxşı yetişdirmə tonunun sübutudur. Bu, namuslu insana da, bəylərə də eyni dərəcədə aid olan bir keyfiyyətdir. Ceyms Fenimor Kuper
- Dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adi insana onun öz ləyaqəti qazandırır. Lyuk de Klapye Vovenarq
E
redaktə- Ehtiyac vicdanlı insanı fırıldaqçıya çevirir və əgər dünya hamı tərəfindən qəbul edilmiş dürüstlük anlayışına görə mühakimə etməyə başlasaydı, o zaman namuslu insan heç də insanların arasında olmazdı. Heç kim pislik üçün pislik etməz; hətta şeytanın özü də pislik edəndə özünəməxsus niyyətə malikdir və şər özü öz məqsədinə xidmət etmir. Heç kim bir cinayətdə elə bir dərəcədə sərtləşə bilməz ki, onu ləzzət naminə törədə bilsin; Hər pisliyin öz cəzası vardır. özünü sevmək, qürur, xəsislik varlıları fırıldaqçıya çevirir, ehtiyac isə kasıblara da elə gəlir. Daniel Defo
Ə
redaktə- Ədalətli və namuslu bir insanın dostluğu var-dövlət və zəngin maldan yaxşıdır. Evripid
H
redaktə- Həqiqət və namuslu həyat! Mənim fikirlərimin məqsədi budur. Horatsi
- Həqiqi namuslu insan ailəsini özündən, vətənini ailəsindən, insanlığı isə Vətənindən uca tutmalıdır. Jan Leron Dalamber
- Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi
İ
redaktə- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. Viktor Hüqo
- İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər. Napoleon Bonapart
N
redaktə- Namuslu adam düşməni olmaqla nəfəs alır. Fyodor Dostoyevski
- Namuslu adam heç kəsə paxıllıq etmir. Maksim Qorki
- Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir. Jan Jak Russo
- Namuslu adamların düşməni başqalarından daha çox olur. Fyodor Dostoyevski
- Namuslu bir adam, Tanrının ən soylu əsəridir. Aleksandr Pop
- Namuslu əmək insan üçün ən mənfəətli işdir. Kalinin
- Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör. Fonvizin
- Namuslu insanı təhqir edən özü-özünü təhqir edir. Jan Jak Russo
- Namuslu ölüm rüsvayçı həyatdan yaxşıdır.
O
redaktə- Oğullar analarının ən namuslu olduğuna inanırlar. Qızlar da elədir, amma onlar daha az inanırlar. Anatol Frans
V
redaktə- Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir. Lüdviq Feyerbax