Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
Biliyimizin hüdudu yoxdur, çünki dərketmə obyekti olan təbiət sonsuzdur. Blez Paskal
Bir gəncin seçdiyi obyektləri qazanmaqdan həzz alacaq, yoxsa əzab çəkəcəyi, bu obyektləri seçməkdə təkcə onun müdrikliyindən və ya ağılsızlığından deyil, həm də onların ardınca getdiyi düzgün və ya yanlış üsullardan asılıdır. Deməli, ən yüksək xoşbəxtlik üçün nəyi seçməli və necə davam edəcəyini bilmək fəzilətin özü qədər zəruridir. Fəzilət mələkdir, lakin o, kordur və Bilikdən ona məqsədinə aparan yolu göstərməsini istəməlidir. Horeys Mann
Biz heç vaxt sevdiyimiz qədər müdafiəsiz və sevgi obyektini və ya sevgini itirdiyimiz qədər bədbəxt olmuruq. Ziqmund Freyd
Bu işin başı Allahdan başqa ilah olmadığına şahidlik etmək, son nöqtəsi isə bütün obyektlər və hərəkətlərin bir-birinin eyni olmasıdır. Əbdülqədir Geylani
Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
Əgər mən sevirəmsə, özümü sevdiyim obyektlə zənginləşdirirəm. Fridrix Şiller
Əgər sən bir şəxsi, yaxud bir çox insanı tənqid edirsənsə, həm də elə bir obyekt tap ki, tərifləyə biləsən. Bu, məsələyə dəxli olmayan şahidi nəinki sənin tərəfinə çəkər, həm də sənə doğru danışan adam şöhrətini qazandırar, sənin tənqidi qeydlərinin çəkisini artırar.[1]Aleksandr Hamilton
Göz orqanlarımız arasında ən avtonom olanıdır. Çünki onun diqqətini çəkən obyektlər qaçılmaz olaraq kənarda tapılır. Göz güzgüdən başqa heç vaxt özünü görmür. Göz reallığı qeyd etmək üçün heç bir aşkar səbəb olmadığı halda və bütün şəraitlərdə belə qeyd etməyə davam edir. Bu, gözün ümumiyyətlə sənətə, xüsusən də Venesiya sənətinə olan meylini izah edir. Bu, gözün gözəlliyə olan iştahını və gözəlliyin mövcudluğunu izah edir. Çünki gözəllik rahatlıqdır, gözəllik zərərsiz olduğu üçün təhlükəsizdir. İosif Aleksandroviç Brodski
İlk baxışdan sevgi. Ümumiyyətlə insanlar üçün istifadə olunur, lakin siz onu digər fiziki obyektlər üçün də istifadə edə bilərsiniz. Çin atalar sözləri
Obyektlərin köməyi ilə status qazanmağa çalışmaqdansa (hansı ki, müvəqqəti yüksəliş gətirir), onu təcrübə ilə artırın. Parisə getmək, yeni şkaf almaqdan daha yaxşı seçimdir. Araşdırmalar sübut edir ki, belə seçimlər həyatdan aldığımız məmnuniyyət səviyyəsini daha da qaldırır. Culian Smit
Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır. Oqust Rodin
Riyaziyyatçılar obyektləri yox, obyektlər arasındakı münasibətləri öyrənirlər; ona görə də, bu obyektləri başqaları ilə əvəz etmək onlar üçün vacib deyil, yalnız əlaqələr dəyişməz qalır. Obyekt onlara biganədir, düsturlar onları maraqlandırır. Anri Puankare
Sevgi ilk növbədə konkret bir insana münasibət deyil; insanın bir məhəbbət “obyektinə” deyil, bütövlükdə dünyaya münasibətini müəyyən edən münasibət, xarakter oriyentasiyasıdır. Bir insan yalnız bir başqa insanı sevirsə və digər həmyaşıdlarına biganədirsə, onun sevgisi sevgi deyil, simbiotik bir bağlılıq və ya genişlənmiş eqoizmdir. Bununla belə, insanların çoxu sevginin qabiliyyət tərəfindən deyil, obyekt tərəfindən qurulduğuna inanır. Erix Fromm
Yaradıcılıq, yalnız obyektləri bir-birinə bağlamaqdır. Yaradıcı qabiliyyətə sahib olan insanlara bir şeyi necə etdiklərini soruşduğunuzda, bu mövzuda özlərini bir az günahkar hiss edirlər, çünki əslində onlar nəsə etmədilər, sadəcə nələrisə gördülər. Stiv Cobs