OptimizmPessimizm anlayışının əksi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Altmış il əvvəl “optimist” və “axmaq” sözləri sinonim deyildi. Mark Tven
  • İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma
  • Məqsədlərin olması həyata məna və məmnunluq qatır. Bu nəinki sağmalığın yaxşılaşmasına və uzun ömürlülüyə səbəb olur, həmçinin ən çətin anda məsələyə bir damcı optimizm əlavə edir. Stiv Cobs
  • Mənim üçün optimizm nəinki bir cəfəngiyatdır, eləcə də bəşəriyyətin ifadə edilməyən iztirabları üzərində vicdansız baxış və acı istehzadır. Artur Şopenhauer
  • Optimist bir insan ayaqqabıları oğurlanınca "ayaqlarım var" deyə bilən insandır. Sokrat
  • Optimist- bu, özü və başqaları haqqında pis düşünən və buna görə onlara nifrət edən adamdır.. Corc Bernard Şou
  • Optimist insan dünyanın ən gözəl yerində yaşadığına inanır. Bədbin insan isə optimist insanın sözünün doğruluğundan qorxur.[1] Fletçer Kristian
  • Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. Cübran Xəlil Cübran
  • Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər. Uilyam Şekspir
  • Optimizmin əsası büsbütün bir dəhşətdir. Oskar Uayld
  • Pessimist bütün qadınların mövcud olduğunu iddia edir. Optimist belə düşünmür, amma ümidini itirmir. Cerom Klapka Cerom
  • Pessimist hər imkanda bir çətinlik, optimist isə hər çətinlikdə bir imkan görür. Uinston Çörçill
  • Yadda saxlayın kiçik bir damcı optimizm tonlarla pessimizmin öhdəsindən gəlməyə qadirdir. Napoleon Hill

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.340