Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar. Mövlana Cəlaləddin Rumi
  • Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olsun. Fatimə
  • Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.[1]Fatimə
  • Çirkli niyyətlərlə dolu ruhu oruc tutmaqla təmizləmək olmaz. Mahatma Qandi
  • Çox vaxt elə olur ki, oruc və tərkidünyalıq məqsədə, ehtirasların boğulmasına səy göstərmək isə ehtirasa çevrilir. Rabindranat Taqor
  • Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?! Fatimə
  • Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var? Fatimə[2]
  • Gecələrini ibadətlə keçirib yatmayan neçə-neçə adam var ki, onların qazandığı şey yalnız yuxusuzluqdur, neçə-neçə oruc tutan var ki, qazandığı yalnız aclıq və susuzluqdur. Məhəmməd
  • İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.İmam Rza
  • Qəlbinin yumşalmasını istəyirsənsə , daha tez-tez oruc tut, yumşalmazsa, namaz qıl, yumşalmazsa, sədəqə istə, yumşalmazsa, yetimlərə rəhm et. Əbülfəz Zun-nun Misri
  • Qocalar orucu çox asanlıqla tuturlar. Bu işdə böyüklər də əziyyət çəkmir, cavanlar isə çətinlik çəkirlər. Ən çətinlik çəkən isə uşaqlar olur. Uşaqların içində isə qarınqulu uşaqlar üçün bu daha çətin olur. Hippokrat
  • Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.Məhəmməd
  • Oruc tutmayanın oğluna Ramazan adını qoyarlar. Azərbaycan atalar sözləri/O
  • Orucu, gecələr etdiyi ibadəti Allah tərəfindən qəbul olunmuş şəxs üçün bayramdır. Hansı gün Allaha üsyan edilməzsə, o gün bayram sayılır. Əli
  • Sənin dilin gözəl və şirin; üzün isə pisliklərdən xilas olmuş kimi gülür, ya ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, ya tək ikən, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyr işləri etdiyin zaman, əgər bunları sırf Allahu təalanın razılığını güdərək etməzsənsə, nifaq üzrə və Allahu təaladan uzaq olacağını bilmirsənmi? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin, adi və xeyli niyyətlərin üçün tövbə et. Əbdülqədir Geylani

İstinadlar

redaktə
  1. Biharul-Ənvar, c. 96, səh. 368, hədis 4
  2. Dəaimul-İslam, c. 1, səh. 268

Xarici keçidlər

redaktə