A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Beş yaşım olanda gənc xalalarımın və anamın qorxu və dəhşətlərinə baxmayaraq atam mənə 75 qəpiyə sifariş etdiyi əsl poladdan hazırlanmış, itilənmiş, kiçik bir balta hədiyyə etdi və o, mənim yeganə oyuncağım oldu. Yaxşı xatırlayıram ki, otağımda həmişə adi ağcaqayın ağacından kəsilmiş odun yarmaçaları olurdu və mən onları doğrayırdım. O vaxt odunlar uzun idi, bir kubu üç manata satılırdı, odun yarmaçaları qalın idi və mən uzun cəhdlərdən sonra yarmaçanı yarı böləndə otağı səpələnmiş odun qırıntılarını təntənə ilə seyr edirdim. Aleksey Krılov
  • Bitlər, siçovullar, tikanlı məftillər, birələr, mərmilər, bombalar, mağaralar, meyitlər, qan, içki, siçanlar, pişiklər, qaz, artilleriya, çirkab, güllə, minaatan, atəş, polad: müharibə budur! Bütün bunlar şeytanın işidir! Otto Diks
  • Biz yaponlar parıldayan əşyalar görəndə nədənsə narahat oluruq. Avropalılar şüşədən, poladdan, yaxud nikeldən hazırlanmış qab-qacaq işlədirlər, onu göz qamaşdıranadək cilalayırlar, biz isə bu cür parlaqlıqdan zövq ala bilmirik. Bununla demək istəmirəm ki, biz, ümumiyyətlə, parlaq şeylər sevmirik. Lakin biz doğrudan da zahirən parlaq olan əşyaya yox, çox işlədilmiş, qədim ruhu olan əşyalara üstünlük veririk. Bu da parıltıdır, amma bulanıq parıltıdır – zamanın bulandırdığı parıltıdır, yaxud daha dəqiq desək, “nimdaşlığın” parıltısıdır. Avropalılar əşyaları hey təmizləməklə nimdaşlığın hər cür izini itirməyə çalışırlar. Biz isə elə rəng, elə parıltı xoşlayırıq ki, özlüyündə məna ifadə etsin. Biz bu cür binalarda, bu cür əşyalarla yaşayaraq qəlbən dincəlirik.
    • Cuniçiro Tanizaki (谷崎 潤一郎), “Kölgələrin şərəfinə” (陰翳礼讃 {in’ei raisan}), Tokio, 1932.

C redaktə

  • Centlmen üçün tapança, polad maşadan düyün vurmaq üçün gözəl arqumentdir. Artur Konan Doyl

D redaktə

E redaktə

  • Ehtirassız insan istifadə olunmamış bir qüvvədir, qığılcım yaratmaq üçün polad zərbəsini gözləyən daş kimi sadəcə fürsətdir. Henri Frederik Amyel

G redaktə

  • Güllər, lalələr, qərənfillər, bütün çiçəklər solar, polad və dəmir qırılar, ancaq həqiqi dostluq nə solar, nə də qırılar. Fridrix Nitsşe

İ redaktə

  • insan xarakteri üçün inadkarlıq, polad üçün karbon kimidir. (polada möhkəmllik verən məhz karbondur).[1] Napoleon Hill

M redaktə

  • Məğlubiyyət sümüyü polada çevirir. Məğlubiyyət insanı məğlubedilməz edir. Henri Uord Biçer

O redaktə

  • Onun tarixi bir sıra böyük çətinliklər üzərində qələbələr seriyasıdır. 1917-ci ildən bəri onun karyerasının bir ili belə keçmədi ki, o, başqa bir insanı məşhurlaşdıracaq bir iş görməsin. O, dəmir adamdır. Onun tanındığı ad bunu təsvir edir: Stalin sözü rus dilində "polad" deməkdir. O, polad kimi güclü və eyni zamanda çevikdir. Onun qüdrəti nəhəng zəkasında, biliyinin genişliyində, zehninin heyrətamiz nizamlılığında, dəqiqliyə olan həvəsində, amansız tərəqqi ruhunda, qərarlarının sürətində, əminliyində və intensivliyində, düzgün seçim etmək üçün daimi qayğısındadır. Anri Barbüs

P redaktə

İstinadlar redaktə

  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.114