A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbirlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
  • Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Qurani-Kərim
  • Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd-qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir

İstinadlar

redaktə