Qamış
Qamış' — taxıllar fəsiləsindən çoxillik bitki cinsi. Hundürboylu hidrofil otdur. Lansetvarı yarpaqları gövdə üzərində növbəli yerləşir. Gövdəsi boş və arakəsməlidir. Tropik ölkələrdə 7 növü bitir. Bunlardan 1 növü Azərbaycanda yayılıb. Ən çox yayılanı adi qamışdır (Phragmites communus). Hündürlüyü 4—5, bəzən 9 m-ə çatır. Suçaq yerlərdə və il ərzində bir neçə dəfə su basan sahələrdə bitir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bitki çoxdur, amma təkcə şəkər qamışı şirin olur. Madaqaskar atalar sözləri
C
redaktə- Camış ola, qamış ola, ondan yeməmiş ola. Azərbaycan atalar sözləri/C
Ç
redaktə- Çölə qamış yaraşar, kişiyə namus yaraşar. Tatar atalar sözləri
H
redaktə- Hər qamışdan qənd qayırmazlar. Ləzgi atalar sözləri
- Hərə özünü bir igid bilir: qamış deyir - çiyəm mən, qurbağa deyir - biyəm mən. (Çiy - qaba otdur, ondan həsir toxuyurlar). Qırğız atalar sözləri
Q
redaktə- Qamış bizim eldə bitər, sümsüyünü ləzgi çalar. Azərbaycan atalar sözləri/Q
- Qamış ola, gomuş ola, görməmiş ola... Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Qamış, saman, yaxud dovşan tükü tez alışıb tez də sönən kimi, sevgi də gənc ailənin mənəvi dəyərlərini, xoş xasiyyətlərini qidalandırmaycaqsa, sevgi çiçəklənən gəncliklə və bədən cazibədarlı ilə daha parlaq alovlanacaq, amma tezliklə sönəcəkdir. Platon
- Qamışı möhkəm tutmasan əlini kəsər. Türkmən atalar sözləri
Ş
redaktə- Şəkər qamışı şirindir, onu kök qarışıq yemək nə üçün? Teluqu atalar sözləri
- Şəkər qamışının əyrisi də şirindir. Teluqu atalar sözləri
Y
redaktə- Yağmadı yağış, bitmədi qamış. Azərbaycan atalar sözləri/Y