Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Həzrəti Əli
Bir çiçəyin böyüməsi bizi nə qədər kədərləndirirsə, ölüm də o qədər kədərləndirməli, qorxunc olan ölüm deyil, yaşanan ya da yaşana bilməyən həyatlardır. Çarlz Bukovski
Bütün həyatın xoşbəxtliyi qısaca bir “bəli” sözündən asılıdır. “Xeyr” sözü isə əksinə, özü ilə qorxunc bir fəlakət gətirir. Mayn Rid
Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır. Fukidid
Düşüncələr qeyri-realdır. Hər gün ağlımızdan min cür fikir keçir. Onların əksəriyyəti qorxunc və neqativdir. Onlara inanmayın. Bu, sadəcə fikirlərdir, əgər onlara kömək etməsəniz, onlar heç vaxt gerçək olmayacaqlar. Barie Davenport
İfadə edilməmiş hisslər heç vaxt ölmür; sadəcə, diri-diri basdırılır və sonradan daha qorxunc şəkildə təzahür edirlər. Ziqmund Freyd
İki dəfə canlanan intihar düşüncəsi. Dənizi seyr edərkən gicgahlarımdan qorxunc bir yanğın yüksəlir. İnsanın canına necə qəsd etdiyini anladığımı sanıram. Alber Kamyu
İncəsənəti iki qorxunc məxluq hədələyir; bunlardan biri ustalıqdan xali olan sənətçi, digəri sənətə yad olan ustadır. Anatol Frans
Müharibə dəhşətdir, qorxunc bir cinayətdir. Mən elə bir dağıdıcı gücə malik maddə və ya maşın icad etmək istərdim ki, onların köməyi ilə istənilən müharibə qeyri-mümkün olsun. Alfred Nobel
O uçurum ki, sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli uçurumdur. Ora düşən adam heç vaxt onun dibinə gedib çatmır. Ömür boyu yuvarlana-yuvarlana qalır. Bilirsən o adamlar ki, ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olmalıdır. Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı heç nə tapa bilməyəcəklər. Ona görə də ruhdan düşürlər. Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər. Cerom Selincer
Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni. Alfred Hiçkok
Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onların cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi... Fridrix Şiller
Tragediya ilə komediyanın fərqi: Tragediya başqasının başına gələn qorxunc şeydir. Komediya isə başqasının başına gələn qorxunc şeydir. Eyron Eliston
"Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk; dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso