Quyu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz. Malayal atalar sözləri
B
redaktə- Bilik qazanmaq, iynə ilə quyu qazmaq. Tatar atalar sözləri
- Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
C
redaktə- Cücə, dağa da çıxsa cücə, nəhəng, quyuya da girsə nəhəngdir. Seneka
D
redaktə- Dərin olan quyu deyil, qısa olan ipdir. Çin atalar sözləri
- Duz yalamış inək quyuya baxan kimi baxır. Koreya atalar sözləri
İ
redaktə- İnsanlar da quyuya bənzər, içlərində boğula bilərik. Əhməd Hamdi Tanpınar
K
redaktə- Kor nadandan üstündür, çünki kor quyuya düşə bilər, nadan isə cinayət uçurumuna. Sirakuzlu Monim
- Kor odur ki, bir dənə quyuya iki dəfə düşər. (Ku əve, bə i qılə çol dı kərə ebəqıne.) Talış atalar sözləri
Q
redaktə- Quyu var, suyu yox. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil. Nizami Gəncəvi - Quyuya su tökməklə quyu dolmaz. Azərbaycan atalar sözləri/Q
Ö
redaktə- Özgəsinə quyu qazmaq istəyən onu öz boyuna görə ölçməlidir. Erməni atalar sözləri
- Özgəyə quyu qazan özü düşər. Azərbaycan atalar sözləri/Ö
S
redaktə- Sənin ipinlə quyuya girmək olmaz. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
Ü
redaktə- Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu. Mövlana Cəlaləddin Rumi
Y
redaktə- Yalançının ipi ilə quyuya düşən quyuda qalar. Azərbaycan atalar sözləri/Y