A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Azadlıq dedikdə, hər bir insanın öz vəzifəsini yerinə yetirərkən hakimiyyətin və çoxluğun, adət və rəyin təsirindən qorunacağına əminliyi nəzərdə tuturam. Lord Con Akton
  • Dinclik ona deyilir ki, Allahın sirri, ruhların mahiyyəti haqqında müxtəlif rəylər çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc otura, şirin dil töküb, gah o tərəf, gah bu tərəfə meyl etməyə (tərəddüdə yol verməyə). Nəsirəddin Tusi
  • Düzgün rəy deyilmişləri nəzərdən keçirib, deyilməmişləri dərk etmək yolu ilə meydana çıxır. Kəlilə və Dimnə
  • Ən faydalı millət bütün işlərini birlik və bərabərlik içərisində düüşünərək çoxluğun rəyinə üstünlük verən millətdir. Əbdülfəttah Şahin
  • Həqiqəti üzə çıxarmaq üçün həm müsbət, həm də mənfi rəy və münasibətləri nəzərə almalıyıq. Volter
  • Mən həmişə hər bir insanın öz fikrini söyləmək hüququnu, mənim fikrimdən nə qədər fərqli olsa da, qətiyyətlə müdafiə etmişəm. Kim başqasını bu haqqı inkar edərsə, özünü indiki rəyinin qulu edər, çünki o, onu dəyişdirmək hüququndan məhrum olar... Xəyanət inanmaq və ya inanmamaq deyil, bizim inanmadığımız şeylərə inanmağı təsdiqləməkdən ibarətdir. Özünə yalan danışmağın cəmiyyətdə vurduğu mənəvi ziyanı qiymətləndirmək mümkün deyil. Pen Tomas
  • Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur. Corc Soros
  • Məsləhət və məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır. Həzrəti Əli
  • O səni sevmədiyi üçün sən dəyərsiz olduğunu düşünürsən. Düşünürsən ki, o, artıq səni istəmədiyi üçün onun haqlı olduğunu - sənin haqqındakı mühakimə və rəyinin doğru olduğunu düşünürsən. Əgər səni çölə atırsa, deməli zibilsən. Onun sənə aid olduğunu düşünürsən, çünki ona aid olmaq istəyirsən. Etmə. Bu, "aid olmaq" pis bir sözdür. Xüsusilə onu sevdiyin birinə aid edəndə. Sevgi belə olmamalıdır. Buludların dağı necə sevdiyini heç görmüsünüzmü? Onlar onun ətrafında dövrə vururlar; bəzən buludlara görə dağı belə görə bilmirsən. Amma bilirsən nə baş verir? Yuxarı qalxırsınız və nə görürsünüz? Dağın başını. Buludlar heç vaxt dağın başını örtməz. Başı içəri girir, çünki buludlar ona icazə verir; onu bağlamırlar. Onu gizlətmək və ya bağlamaq üçün heç bir şey olmadan başını dik tutmağa icazə verdilər. Bacararsan bir insana sahib olma. Sahib olmadığınız şeyi itirə bilməzsiniz. Tutaq ki, siz onun sahibi oldunuz. Sənsiz tamamilə heç kim olmayan birini həqiqətən sevə bilərdinmi? O, sənə sənin özünə dəyər verdiyin qədər dəyər verə bilməz. Toni Morrison
  • Öz rəyinlə hərəkət etmə; öz rəyinə uyan məhv olar. Əli
  • Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir. Fridrix Nitsşe
  • Yaponiyanın ən gözəl estetik əsəri fil sümüyündən, bürüncdən, yaxud keramikadan hazırlanmış məmulat yox, qılınclar yox, bu ölkənin qadınlarıdır… Şəxsi rəyin boğulduğu, özünü qurban verməyin isə ümumi vəzifə elan edildiyi, şəxsiyyətin heç vaxt zahirən deyil, daxilən inkişaf edə bildiyini dərindən anlayan bir cəmiyyət, – yalnız belə bir cəmiyyət bu cür qadın yetişdirə bilər.
    • Lafkadio Hern, “Yaponiyanı təsvir etmək cəhdi”. Tokio, 1904.

İstinadlar

redaktə