Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
Dünyada elə bir bilik varmı ki, heç bir ağıl sahibi ona şübhə etməsin? Bertran Rassel
Dünyanın bütün problemi, axmaqlar və fanatiklər bu qədər özündən əminkən, ağıllı insanların şübhələrlə dolu olmasıdır. Bertran Rassel
Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm! Ernesto Çe Gevara
Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Karl Saqan
Elm və incəsənət öz mənşələrinə görə bizim qüsurlarımıza borcludurlar. Əgər onlar öz mənşələri ilə bizim fəzilətlərə borclu olsaydılar, onların üstünlüklərinə az şübhə edərdik... Əgər insan ədalətsizliyi olmasaydı, hüquq bizə nə üçün lazım olardı? Jan Jak Russo
Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristian alimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər… Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanların əxlaq tərbiyəsində istifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur. Fridrix Nitsşe
Sevgi - bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur. Sev və soruşma. Sadəcə sev. Paulo Koelyo