A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz. Bencamin Franklin
  • Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər. Lev Tolstoy
  • Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq. Oskar Uayld
  • Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. Ezop
  • Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. ööRedyard Kiplinqğğ
  • Ən böyük fəlakət ölümdür. Miqel de Servantes
  • Əsl igidlik fəlakət anında özünü büruzə verir. Volter
  • Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir. Məhəmməd Tağı Sidqi
  • Fəlakət, dost sayını sıfıra endirər. Uilyam Şekspir
  • Fəlakət kimi müəllim az tapılar. Əbdülhaq Hamid Tərxan
  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
  • Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir. Epiktet
  • Heç bir fəlakət, heç bir cinayət əyyaşlığın məhv etdiyi qədər insan və sərvəti məhv etmir. Frensis Bekon
  • Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. Viktor Hüqo
  • Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar. Kəlilə və Dimnə
  • Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. Uilyam Şekspir
  • Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
  • Ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında sərtdir. Çin atalar sözləri
  • Müvəffəqiyyətlərdə qüruru məğlub etmək, fəlakətlərdə ümidsizliyə müqavimət göstərmək lazımdır. Mustafa Kamal Atatürk
  • Söz yağış kimidir - birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda- fəlakət. Rəsul Həmzətov
  • Tibet dilində bir söz var: “Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır.” Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir. Tenzin Gyatso

İstinadlar

redaktə