Sünbül
çiçək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Boş sünbülün başı yuxarı olar. Tatar atalar sözləri
- Buğda torpaqda cücərənə qədər görünmür, sonra üzə çıxır və nəhayət sünbül olur. Fikir də bu cürdür. Əvvəl nəzərə çarpmayan fikirdən insan həyatında böyük hadisələr yaranır. Lev Tolstoy
D
redaktə- Dik sünbülün dəni olmaz. Udmurt atalar sözləri
- Düyü sünbülü kimi sadədir, dolduqca aşağı əyilir. İndoneziya atalar sözləri
H
redaktə- Hündür düyünün sünbülü boş olar. Vyetnam atalar sözləri
İ
redaktə- İçi boş sünbüllər başlarını havada saxlayır. — Fazil Əhməd Aykaç
M
redaktə- Məni əhliləşdirsən, həyatım günəş kimi işıqlanacaq. Sənin addımlarını minlərlə addımdan ayıracağam. İnsanların ayaq səslərini eşidib həmişə qaçıb yerin altında gizlənirəm. Amma sənin yerişin məni mahnı kimi çağıracaq və mən gizləndiyim yerdən çıxacağam. Sonra bax... Görürsən, tarlalarda buğda böyüyür? Mən çörək yemirəm. Mənə sünbül lazım deyil. Buğda tarlaları mənə heç nəyi xatırladır. Və bu çox üzücü bir şeydir. Amma qızıl saçların var. Və məni əhliləşdirmək nə yaxşı olardı. Qızıl buğda mənə səni xatırladacaq. Və küləkdə yellənən sünbüllərin xışıltısını sevməyə alışacağam. Balaca şahzadə
S
redaktə- Sünbül yetişəndə başını əyir, insan varlananda başını qaldırır. Yapon atalar sözləri
- Sünbülün boşu dik dayanar. Alman atalar sözləri
- Sünbülün dəni çox olduqca, aşağı əyilər. Koreya atalar sözləri
- Sünbülün dolusu aşağı baxar, boşu yuxarı. Gürcü atalar sözləri
U
redaktə- Uca sünbüldə taxıl olmur. Eston atalar sözləri