A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı səyyah heç vaxt öz ölkəsinə xor baxmaz. Karlo Qoldoni
  • Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: “Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim”. Məhəmməd peyğəmbər cavab verdi: “Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm”. Məhəmməd
  • Bir dəfə təsadüfən ingilis səyyahı Con Franklinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı.[1] Rual Amundsen
  • Evini bir dəfə də olsa tərk etmiş səyyah, onun astanasını belə keçməmiş insandan daha müdrik olduğu üçün biz də hansısa yad mədəniyyətlə tanış olduqdan sonra özümüzü daha kəskin dəyərləndirməyi bacarmalıyıq. Marqaret Mid
  • Hər yolun bir ədəbi vardır. Allahı sevməyin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki. Şəms Təbrizi
  • Həyatımız bir səyahətdir və dostluq söhbəti səyyah üçün səyahəti asanlaşdıran bir arabadır. Vudro Vilson
  • Xəzinədarı, saray əhlini, şagirdi, səyyahı, acı və qorxağı fikirləşmədən oyatmaq lazımdır. Çanakya
  • İki dünyanın şüurlu olması ağrılıdır. İçimdəki Səyyah yəhudi unutqanlıq axtarır. Yaşamaqdan qorxmuram, əgər çox xatırlamaq məcburiyyətində olmasam. Qaçış zamanı əzalarınıza yapışan ağır paltara bənzəyir. Meri Antin
  • Mənim çox güclü yumor hissim var və düşünürəm ki, bu səyyah üçün çox mühümdür. Saysız hesabsız təhlükələr, maneələr və narahatsızlıqlar o dəqiqə yumorun köməyi ilə öz gücünü itirirlər. Rual Amundsen
  • Pis adamlla qonşu olan kəs, dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, daima qorxu altında olar. Kəlilə və Dimnə
  • Yaxşı bir səyyahın məqsədi bir yerə çatmaq deyil. Lao-tszı
  • Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər. [2]
    • V. Vinoqradov, akademik

İstinadlar

redaktə
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  2. V. Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M. 1938 səh. 9.