A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu biznesin sarsılmaz qanunlarıdır: söz - sözdür, izahat - izahatdır, vəd - vəddir və yalnız icra olunma – gerçəklik deməkdir. Harold Qenin
  • Cəsur insanın ağılı sarsılmaz olmağa öyrədilmişdir, amma o, korrupsiyaya bulaşanda sakitliyini itirir və qaranlıqda yox olub gedir. Çanakya
  • Dövlətin sarsılmaz əsası ədalətdir. Pifaqor
  • Əgər düşmənə məlum olmayan gizli mənbələrimiz olarsa, bu mənbələr vətəndaşlarımızın sarsılmaz qətiyyətindən, bizim haqlı olmağımızdan və Allahın bizi tərk etməyəcəyinə dair əminliyimizdən ibarət olmalıdır. Corc Vaşinqton
  • Əlində dörd tuz olan xaçpərəstin sarsılmaz inamı. Mark Tven
  • Əminəm ki, bu gün biz öz taleyimizin sahibiyik, biz öz payımıza düşən sınaqlardan üstün ola bilərik; mən zəhmətin, iztirabların yükünü daşıya bilərəm. Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər. Uinston Çörçill
  • Xeyirxah mərd və sarsılmaz olar. Konfutsi
  • İnsanın əsl gücü coşqunluqda yox, sarsılmaz sakitliyindədir. Lev Tolstoy
  • Mən Çaykovskinin yaradıcılığına coşğun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm. Üzeyir Hacıbəyli
  • Mən hələ hansı yolla olacağını bilmirəm, amma bilirəm ki, sevgim bütün maneələrin öhdəsindən gələcək. O, mənə sarsılmaz qüvvət, cəsarət və qətiyyət verəcəkdir. Mən bütün maneələri dağıdacaq, rəqiblərimi dilə tutacaq və ya darmadağın edəcəm, mənimlə sevgimin arasında duran hər şeyi yox edəcəm! Mayn Rid
  • Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya. Nəsirəddin Tusi
  • Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi.[1] Eduard Şevardnadze
  • Ruhundan irəli gələn və missiyasına olan sarsılmaz inamından ruhlanan kiçik bir bədən tarixin gedişini dəyişə bilər. Mahatma Qandi

İstinadlar

redaktə