Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Ailəsini dolandırmaq üçün ruzi axtaranın savabı, Allah yolunda cihad edənin savabından daha böyükdür. İmam Rza
“Allah”, “ruh”, “savab”, “günah”, “o dünya”, “həqiqət”, “axirət dünyası” – bütün bunlar yaramaz adamların xəstə instinktlərinin uydurduqları yalanlardır. Fridrix Nitsşe
Bütün kilsələrin əsas vəzifəsi xoşbəxtliyin yer üzündə yox, göylərdə, özgəsi üçün məşəqqətli işdə çalışmasının savab iş olmasını yoxsul insanlara təqlid etməkdən ibarət olub. Maksim Qorki
Elm - xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən. Cəfər Sadiq
Övladını Quran oxumağa göndərən valideynə hər öyrənilən 1 hərf üçün 10 savab verilər.Qiyamətdə başına savabdan tac verilər və hamı onları görüb qısqanar. Məhəmməd
Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır. Məhəmməd