Bu məqalə Savadsızlıq məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
  • Anası savadsız olan xalq kordur. Hacı Zeynalabdin Tağıyev
  • Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz. Xalid Hüseyni
  • Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. Firidun bəy Köçərli
  • Həkimləri tanımamağı savadlı, inkar etməyi isə savadsız insanlar da bacarar. Pyer Büast
  • İt xoşbəxt bir heyvandır, heç kim onu ​​savadsız olduğuna görə narahat etmir. Antuan Bret
  • Savadlı insanla savadsız insan arasındakı fərq, canlı insanla ölü insan arasındakı fərq kimidir Aristotel
  • Savadsız adam kor kimidir. Azərbaycan atalar sözləri/S
  • Savadsız adam - qanadsız quş. Udmurt atalar sözləri
  • Savadsız adam vaqon, universitet məzunu isə bütöv dəmir yolunu oğurlaya bilər. Teodor Ruzvelt
  • Savadsız xalq savadsıza alqış deyir, azca savadı olana heyrət edir, savadlını isə tanımaq belə istəmir. Bencamin Franklin
  • Savadsız uşaqlar hərfləri, tərbiyəsiz adamlar isə işləri qarışdırırlar. Pifaqor
  • Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brəhmən, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir. Çanakya

İstinadlar

redaktə