Tacir
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar. Azərbaycan atalar sözləri/B
- Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
Ç
redaktə- Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir). Malayal atalar sözləri
G
redaktə- Gülümsəməyi bacarmayandan tacir çıxmaz. Çin atalar sözləri
H
redaktə- Hökmdarına qulluq etmək, bərabər insanlar arasındakı sevgi, tacirlərin işləri və evdə yaxşı bir həyat yoldaşı-bütün bunların hamısı fəzilətlərdir. Çanakya/Hökmdar
X
redaktə- Xəstəlik aula ya tacirin yükündə, ya da dilənçinin torbasında gələr. Avar atalar sözləri
Q
redaktə- Qeybət edən şəxs tacir kimi aldığı sözü dərhal satmaq məcburiyyətindədir. Con Cavel
- Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər. Aleksandr Düma (oğul)
M
redaktə- Müəllimlər tacirlər kimi qaçılmaz bəladır, mümkün qədər onlara olan zərurəti azaltmaq lazımdır. Fridrix Nitsşe
T
redaktə- Tacir tacirin düşmənidir. Yapon atalar sözləri
- Təbriz böyük şəhərdir... Başqa şəhərlər və qalalar da çoxdur... Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur... Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan... və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər... Buradan qiymətli daş-qaş da alınır. Daş-qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər... Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur. Marko Polo