Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel
Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
Tale üzərində durub onu sübut göstərməyimiz düzgün deyil. Əksinə biz çalışar, çabalar və nə etiraz, nə də tənbəllik etmərik. Əbdülqədir Geylani
Taleyə iki şeyə görə minnətdaram: birinci ona görə ki ispanam, ikinci ona görə ki Salvador Daliyəm. Salvador Dali