Taxt
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəxti taxta dəyişmə. Kürd atalar sözləri
- Birindən soruşdular: "Sən baxt istəyirsən, yoxsa taxt?". Dedi; "Baxt olsa, taxt özü gələcək". Kürd atalar sözləri
H
redaktə- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
İ
redaktə- İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
L
redaktə- Ləyaqət düzgünlüyün taxt - tacıdır. Baltazar Qrasian
M
redaktə- Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. Mustafa Kamal Atatürk
N
redaktə- Nə özündən ötrü, nə başqalarından ötrü övlad, var-dövlət, taxt-tac istəməz o. Qanunsuzluq üstündə uğur qazanmağa onun ehtiyacı yoxdu. Qoy onun müdrikliyi və ədaləti əbədi olsun! Dhammapada
T
redaktə- Tac və taxt keçicidir. Keçmişlərin yaxşılıqlarını an ki, sənin də adını gələcəkdə ansınlar. Sədi Şirazi
- Taxt mənimdir, üstündə yatmıram, altında yatıram. Azərbaycan atalar sözləri/T
Y
redaktə- Ya taxt, ya bəxt. Türk atalar sözləri
Z
redaktə- Zindana səbr eləyən axırı taxta çıxar. Azərbaycan atalar sözləri/Z