Xurma
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Atalar sözləri xurma yağıdır, sözləri udmağı asanlaşdırır. Çinua Açebe
B
redaktə- Biri xurma yeyir, biri də tumunu yığır. Ərəb atalar sözləri
C
redaktə- Cibində bir donqu yoxdur, istəyir xurmanın lap bahalısını yesin. (Donq — Vyetnamda pul vahidi) Vyetnam atalar sözləri
Ə
redaktə- Ədəbiyyatı, əsl ədəbiyyatı ürəyə və ya beyinə — beyinə, ruhun mədəsinə faydalı ola biləcək iksir kimi udmaq olmaz. Ədəbiyyatı götürüb xırdalamaq, bir-birindən ayırmaq, əzmək lazımdır — o zaman onun gözəl qoxusu xurma boşluğunda ətirlənəcək, ləzzətlə yeyib dilinə yuvarlanacaq; o zaman və yalnız bundan sonra onun nadir ləzzəti əsl dəyəri ilə qiymətləndiriləcək və sınmış və əzilmiş hissələr yenidən zehninizdə birləşəcək və öz qanınızdan bir şey qatdığınız birliyin gözəlliyini ortaya qoyacaqdır. Vladimir Nabokov
X
redaktə- Xeyirxahlıq bu aləmə pis əməllər gətirməz,
Dadlı xurma ağacları acı badam yetirməz. Əssar Təbrizi - Xeyirli meyvə beşdir: nar, alma, heyva, üzüm, tər xurma. Ərəb atalar sözləri
- Xurma ağacının yuxarı hissəsinə qısa yol yoxdur. Afrika atalar sözləri
- Xurma kimi şirin, bibər kimi acı, gündüz kimi parlaq, gecə kimi qaranlıq insanlar var. İsmayıl Həkimoğlu
K
redaktə- Kiçik toxuma lağ etməyin — bir gün xurma ağacı olacaq. Anqola atalar sözləri
L
redaktə- Lüt köçəri ərəb küçəyə atılmış xurma gördü, Ərdəbil pişiyi küftə gördü. Ərəb atalar sözləri
Ş
redaktə- Şaftalı və şabalıd — üç il, xurma — səkkiz il." ~ Hər şey öz sürəti ilə yetişir. Yapon atalar sözləri