Yüksəklik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi ... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb-biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer
- Azad insan cəsarətlə, ruh yüksəkliyi ilə döyüşü seçdiyi kimi, qaçmağı da eyni keyfiyyətlərlə seçir. Benedikt Spinoza
B
redaktə- Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin – qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.
- Xocalı qırğınının şahidi, fransız jurnalist Jan İv Yunet.
D
redaktə- Düz düzənlikdə sadə kurqanlar təpələrə bənzəyir; indiki burjuaziyamızın sərrast düzü isə onun böyük intellektlərinin yüksəkliyi ilə ölçülməlidir. Karl Marks
Ə
redaktə- Əgər həyatda yüksəklik lazımsa, onun pilləkanların və onunla qalxanın ziddiyyətləri də olmalıdır! Yüksəlməyi həyat istəyir və yüksəlməyə özünü məcbur edir. Fridrix Nitsşe
- Əxlaqa yüksəklik verən nə irfan, nə də vicdandır. İnsanlardakı fəzilət hissi Allah qorxusundandır. Mehmet Akif Ersoy
G
redaktə- Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. Fransua de Laroşfuko
H
redaktə- Hədsiz ümid və ruh yüksəkliyi gənclərin əsas sərvətidir. Rabindranat Taqor
- Hər şeydən qabaq – gərəksiz heç bir ruh yüksəkliyi. Periqor Şarl Moris Taleyran
İ
redaktə- İnqilablar ruh yüksəkliyi üzərində qurulur, çarlıqlar səbir üzərində qurulur, inqilablar gənc "mən"dən, padşahlıqlar isə taleyə boyun əyməkdən doğur. Vasili Rozanov
- İnsanlar müharibə aparmaq əvəzinə böyük bir ruh yüksəkliyi ilə döyüşmək qərarı verirlər və hərbi xoşbəxtliyin dəyişilməsi ilə öz əhval-ruhiyyələrini də dəyişirlər. Fukidid
M
redaktə- Mədəniyyətin yüksəkliyi qadına olan münasibətlə müəyyən edilir. Maksim Qorki
- Müharıbəni sülh, iradə və ruh yüksəkliyi hesabına udmaq olar. Stenli Barstou
O
redaktə- Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi. Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu. Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi. Teymurləng
Ö
redaktə- Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. Baltazar Qrasian
P
redaktə- Pəncələrinə təkan verib yuxarı sıçra: görəcəksən ki, əsl yüksəklikdə hamı bərabərdir. Rahid Ulusel
Ş
redaktə- Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir. Əbu Turxan
Y
redaktə- Yüksəklik yaşla deyil, elmlə, aöılla, şərəflədir. Nizami Gəncəvi