Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
<...> daha уаxşı olar ki, ərəb əlifbasını ləğv edək. Аvropa yazı üsuluna keçək, yəni soldan saga yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi. Və mən öz məqsədimə nail olmayaraq, mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım. (İstanbuldaki apardığı müzakirə haqqında şərhi)[1]Mirzə Fətəli Axundov
Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün halhazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz. Məmməd Əmin Rəsulzadə
Düzünə qalsa, heç vaxt özümü şair hesab etməmişəm. Həmişə elə hesab etmişəm ki, poeziya başqalarının xüsusi yazı növü kimi qəbul etdiyi qəlibdir. Ona görə də özünü şair adlandırmaq olduqca təhlükəli məsələdir. Qoy bunu başqaları müəyyən etsinlər: onların işi-gücü elə budur. Leonard Koen
Əgər insanın təbiiliyi tərbiyəliliyini kölgədə qoyarsa, o vəhşiləşər. Əgər tərbiyəlilik təbiiliyi kölgədə qoyarsa, yazı bilicisi alınar. Həm təbiiliyi, həm də tərbiyəliliyi özündə birləşdirən adam ləyaqətli insan ola bilər. Əsl insan hər şeyi öz gücü ilə əldə edir. Konfutsi
Əgər özümə üzük sifariş vermək həvəsim olsaydı, üzükdə belə bir yazı yazdırardım: “heç nə keçmir”. Mən inanıram ki, heç nə izsiz keçmir və bizim ən kiçik bir addımımızın həm indiki, həm də gələcək həyatımız üçün əhəmiyyəti vardır. Anton Çexov
Əgər yazıçı düşündüklərindən fərqli bir şey yazarsa, o yazı naqis olar. Anatol Frans
İnsan ömrü kimi, sevginin də öz inkişaf qanunu, yaşı vardır. Onun öz təmtəraqlı yazı, isti yayı və nəhayət, bəziləri üçün isti, işıqlı və məhsuldar, digərləri üçün isə soyuq, çürük və barsız olan payızı var. Vissarion Belinski
Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız. Deni Didro
Qeyri-müəyyən və dumanlı yazı yazanlar ya qeyri-ixtiyari olaraq öz axmaqlıqlarını göstərir, ya da qəsdən onu gizlədirlər. Çox vaxtlar isə onlar aydın təsəvvürləri olmayan şeylər barəsində dumanlı yazı yazırlar. Mixail Lomonosov
Qəzetə yazı yazmaq adamdan böyük savad tələb eləmir, ancaq qəzeti oxumaq üçün gərək adamın müəyyən savadı və təcrübəsi olsun.[2]Yulius Şteynheym
Mənim kreysler kabinetimə gələnlər təəccüblənirdilər ki, yazı masamın üstündə kompyuter qurğuları yoxdur, yəqin onlar unudurlar ki, kompyuter yalnız ona verilən informasiyanın nəticəsini təqdim edir. Uğurun sirri informasiyada deyil, insanlardadır. Li Jakkoka
Yazana əziyyət verməyən yazı - oxuyana da zövq verməz. Samuel Conson
Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilmesi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? (1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni elifbası haqqında) [3]Mirzə Fətəli Axundov