Yoldaş
(Yollar səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Bir yoldaşdan sevgili ola bilər, lakin sevən bir ürək əsla unutmaz. Və buna görə sevgilidən yoldaş olmaz. Can Dündar
- Biz bütün günü yoldaş Stalini söyürük. Amma bir nəfər də çıxıb soruşmur ki, bu dörd milyon donosu yazan kim idi? Sergey Dovlatov
CRedaktə
- Cəhənnəmə gedən özünə yoldaş axtarar. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
DRedaktə
- Düşüncəni boşalt. Şəkilsiz, nizamsız ol, su kimi. İndi suyu bir kuboka doldursan, o zaman kubok olar. Onu çay dəmliyə doldur, o zaman su çay dəmliyi olar. Bax , su axar, .... . Su ol yoldaş. Brüs Li
ERedaktə
- Ehtiyac duyulan yoldaş gerçək yoldaşdır. İtalyan atalar sözləri
ƏRedaktə
- Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır. Ərəb atalar sözləri
GRedaktə
- Gedənə yoldaş, gələnə qardaş. Azərbaycan atalar sözləri
HRedaktə
- Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz. David Lavrens
- Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.[1] Ziqmund Freyd
- Həyatda heç bir şey üçün "mənimdir" deməyin, sadəcə olaraq "mənimlədir" deyin. Çünki nə ev, nə torpaq, nə dost, nə yoldaş, nə sevinc, nə kədər, nə ölüm, nə həyat həmişə sizinlə qalmır. Hendrik Lorens
XRedaktə
- Xoşbəxtlik yaxşı dost və yoldaş seçə bilməkdən asılıdır. Con Lebbok
NRedaktə
- Nadanlıq elə bir dəvədir ki, onu minən alçalar və onunla yoldaş olan itib-batar. Ərəb atalar sözləri
SRedaktə
- Siz məni unudarsınız, ölüdən diriyə yoldaş olmaz. İvan Turgenev
TRedaktə
- Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar. Mövlana Cəlaləddin Rumi
YRedaktə
- Yalnız öz hayına qalan qardaş nə qardaşdır, nə yoldaş. Sədi
- Yoldaş olmayanda ağac da yoldaşdır. Osetin atalar sözləri
- Yoldaş uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək yoldaşı tapmaq çətindir. Miqel de Servantes