Üsul
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
BRedaktə
- Başqalarına nəyisə öyrətməyin yeganə dəyərli üsulu, pis olsa, nümunə göstərməkdir. Albert Eynşteyn
- Başqalarını xoşbəxt etmək xoşbəxt olmağın ən yaxşı üsuludur. Pol Anri Holbax
- Belə bir üsul var – yan qaçmaq, axtarmaq üsulunu xatırladır. Anna Bartkulaşvili
- Bir adamla münasibəti korlamaq üçün ən yaxşı üsul ona: “Yox, siz bu lətifəni düzgün danışmırsınız” demək və sonra lətifəni öz bildiyin kimi danışmaq. Mark Tven
- Birisinin etibarlı olub-olmadığını müəyyən etmək üçün ən yaxşı üsul ona etibar etməkdir. Ernest Heminquey
HRedaktə
- Həyatda yaşamağın iki üsulu var. Birinci üsul ondan ibarətdir ki, güya dünyada möcüzə yoxdur. İkinci üsul- güya bütün ətrafımız möcüzələrlə doludur. Albert Eynşteyn
KRedaktə
- Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir. Ceyn Ostin
QRedaktə
- Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur. [1] Giyom de Buşe
- Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir. Nəriman Nərimanov
MRedaktə
- - Mən dəfələrlə əmin olmuşam ki, onun dəliliyində bir üsul var.
- Əksinə, onun üsulunda dəlilik var ( “Reyqet meydanı”). Artur Konan Doyl
- Mən heç zaman təəssüf hissi yaşamadım. Mən sadəcə 10. 000 üsul tapdım ki heç biri bir işə yaramırdı. Tomas Edison
- Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz. Volter
- Mühakimə etmək üçün Allahın ixtiyarında min cür üsul var. O, ən kiçik alətdən belə istifadə edə bilər. Jül Vern
PRedaktə
- Plan təsadüfi nəticələrə nail olmağın ən yaxşı üsuludur. Ambroz Birs
URedaktə
- Utancaqlığı dəf edəcək ən etibarlı üsul sevgidir. Ziqmund Freyd
ÜRedaktə
- Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul. Frederik Beqbeder
VRedaktə
- Var-dövlət toplamaq üçün hər cür üsul yaxşıdır. Çanakya
YRedaktə
- Yaxşı və pis işlər ağlın köməyi ilə edilir.Yaxşı işlər az və nadir hallarda, pis işlər isə tez-tez və çox baş verir.Əgər Allahlar insanlara pislik etmək istəsəydilər, onları ağılla mükafatlandırmaqdan yaxşı üsul tapa bilməzdilər. Mark Tulli Siseron
İstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.259