A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
  • Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
  • Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
  • Bir adamın əlində balta, yaxud arfa görəndə iddia etmək olarmı ki, o, dülgər, yaxud musiqiçidir? Müdrik sözlər danışan adamı da beləcə, müdrik adlandırmaq olmaz. Epiktet
  • Bir çox hallarda İsa küçədə yaşayan şəxs kimi idi. Onun nə evi, nə də ki, maddi imkanı var idi. Buna baxmayaraq O, həyatları və heç kimin etmədiyindən daha çox tarixin axınını dəyişib. Buna görə də Müqəddəs Kitabı din haqqında yox amma İsa Məsih haqqında öyrənmək üçün oxumağa davam etdim. Bütün İncil boyu Məsih, peyğəmbər ya da ki, yaxşı tərbiyəli olduğunu yox Allah olduğunu iddia edir. Heç bir tərifə layiq adam belə iddia etməmişdir. Əgər həqiqətən O yerdə olan Allah idisə, mən bununla razılaşmalı idim. Kevin Cenkins
  • Biz hamımız qəlbimizin dərinliklərində həm doğuşdan, həm də uşaqlıqda bizə dəymiş zərərə görə taleyə və təbiətə incimək üçün əsasımızın olmasını hesab edirik və gənc yaşlarımızda mənliyimizə edilmiş təhqirə görə kompensasiya tələb edirik. Buna görə də, digər insanları saxlayan şübhə və qorxularla hesablaşmamaq istisnasına, hüququna iddia irəli sürülür.[1] Ziqmund Freyd
  • Heç kimin fikirlərinə iddia etməyin. Siz anlamalısınız ki, əgər insanların inandıqları bütün cəfəngiyatları təkzib etmək istəsəniz, siz Mafusail yaşına (969 il) çatar, amma onların axırına çıxa bilməzsiniz. Artur Şopenhauer
  • Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil. Andrea Boçelli
  • Xoşbəxtlik yoxdur deyə düşünmək, lakin bununla belə o var deyə iddia etməklə insan mütləq xoşbəxtliyə nail olacaq. Mirzə Şəfi Vazeh
  • Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünkü göy üzü qarğaların yoxluğu deməkdir. Frans Kafka
  • Məhkəmənin qərarına qədər özünə bərabər olana qarşı istənilən kiçik və ya böyük tələb onun məhkum olunmasına iddia etməkdir. Fukidid
  • Mən bu işin anasını bilirəm! Turizmi bilmədiyini iddia edənlərə cavab olaraq. Atilla Koç
  • Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
  • “Obyektiv” və “subyektiv” kimi anlayışların nə qədər problemli olduğunu göstərən son onilliklərdə fizikada baş verən hadisələri mən böyük bir düşüncə azadlığı hesab edirəm. Hər şey nisbilik nəzəriyyəsi ilə başladı. Keçmişdə iki hadisənin eyni vaxtda olması barədə bəyanat obyektiv iddia hesab olunurdu, o, kifayət qədər sadə şəkildə çatdırıla bilərdi və bu, istənilən müşahidəçinin yoxlamasına açıq idi. Bu gün biz bilirik ki, “eyni vaxt” subyektiv elementi ehtiva edir, çünki istirahətdə olan müşahidəçi üçün eyni vaxtda görünən iki hadisə mütləq hərəkətdə olan müşahidəçi üçün eyni vaxtda baş vermir. Bununla belə, relativistik təsvir həm də obyektivdir, çünki hər bir müşahidəçi hesablama yolu ilə digər müşahidəçinin qavradığını və ya qavradığını çıxara bilər. Bütün bunlara baxmayaraq, biz obyektiv təsvirlərin klassik idealından xeyli uzaqlaşmışıq. Kvant mexanikasında bu idealdan uzaqlaşma daha da radikal olmuşdur. Müşahidə edilə bilən faktlar haqqında bəyanatlar vermək üçün hələ də klassik fizikanın obyektivləşdirici dilindən istifadə edə bilərik. Məsələn, foto lövhənin qaraldığını və ya bulud damcılarının əmələ gəldiyini deyə bilərik. Ancaq atomların özləri haqqında heç nə deyə bilmərik. Və bu cür tapıntılara əsaslanaraq hansı proqnozlar verməyimiz eksperimental sualımızı necə qoyduğumuzdan asılıdır və burada müşahidəçinin seçim azadlığı var. Təbii ki, müşahidəçinin insan, heyvan və ya aparat olmasının hələ də fərqi yoxdur, lakin müşahidəçiyə və ya müşahidə vasitələrinə istinad etmədən proqnoz vermək artıq mümkün deyil. Bu dərəcədə hər bir fiziki prosesin obyektiv və subyektiv xüsusiyyətlərə malik olduğunu söyləmək olar. On doqquzuncu əsr elminin obyektiv dünyası, bu gün bildiyimiz kimi, ideal, məhdudlaşdırıcı hal idi, lakin bütün reallıq deyildi. Etiraf etmək lazımdır ki, hətta reallıqla gələcək qarşılaşmalarımızda da biz obyektiv və subyektiv tərəfi bir-birindən ayırmalı, ikisi arasında bölgü aparmalı olacağıq. Ancaq ayrılığın yeri hər şeyə necə baxıldığından asılı ola bilər; müəyyən dərəcədə iradəsi ilə seçilə bilər. Ona görə də mən başa düşürəm ki, niyə biz dinin məzmunu haqqında obyektivləşdirici dildə danışa bilmirik. Müxtəlif dinlərin bu məzmunu kifayət qədər fərqli ruhani formalarda ifadə etməyə çalışması əsl etiraz deyil. Bəlkə də biz bu müxtəlif formalara bir-birini istisna etsələr də, insanın mərkəzi nizamla münasibətindən irəli gələn zəngin imkanları çatdırmaq üçün lazım olan tamamlayıcı təsvirlər kimi baxmalıyıq. Nils Bor
  • Pessimist bütün qadınların mövcud olduğunu iddia edir. Optimist belə düşünmür, amma ümidini itirmir. Cerom Klapka Cerom
  • Türkiyə özgə torpağının bir santimetrinə də iddia etmir, amma öz torpağının da bir santimetrini heç kimə verməz.Mustafa Kamal Atatürk
  • Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. Nikola Şamfor
  • Yeni sistemimizin xarab olduğunu iddia edirlər. Lakin xatırlayırsınızsa, ilk düzəldilən buxar maşınının də xarab olduğu iddia edilmişdi. Amma indi buxarla işləyən maşınlar var. Nə olursa, olsun, dünya üzərində sosialist bir cəmiyyətin qurula biləcəyini isbatladıq.Vladimir Lenin

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015