Bəlkə çoxumuz fikir vermirik, ancaq Nimet Başın açıqlaması ilə bu ölkədə yeni dövr başladı. Bir inqilab baş verdi. İlk dəfə əskər sorğulandı və ən əsası bundan sonra dövlət çevirilişinə cəhd edənlərə mesaj yollandı: yoldaşlar, etsəz cavabını verərsiz. Sizdən soruşmaq istərdim. Bundan 10 il əvvəl bu cür komissiya qurula bilərdi və orada suallar verilə bilərdi mi? Nə vaxt bu sualı versəm "Susurluk Komissiyası" yadıma düşür. Komandirlər "Bizi nə haqla çağırırsız?" deyə dəvətnamələri geri qaytardıqları günləri xatırlayıram.[1]Məmməd Əli Birand
Budur! İlk dəfə mən də bunun nifrət olduğunu sanmışdım. Tək bildiyim nifrətdi, nifrət dünyamı bürümüşdü, nəfəs almağım belə nifrətlə dolu idi. Və sonra bir şey oldu, səndə olduğu kimi. V for Vendetta
İlk sevdiklərində qadınlar, aşiqlərini sevərlər, o birilərdə isə sevdikləri eşqdir. Fransua de Laroşfuko
İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir... Viktor Hüqo
İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan. İlhan Bərk
İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır. Georq Vilhelm Fridrix Hegel
İnsanın cahil olduğunu bilməsi biliyə doğru atılmış ilk addımdır. Bencamin Dizraeli