İstək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi
- Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax
B
redaktə- Bir dəfə təsadüfən ingilis səyyahı Con Franklinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı.[1] Rual Amundsen
- Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz. Bencamin Franklin
- Bütün insanlar şeylərin səbəblərindən xəbərsiz olaraq doğulurlar və hamısının özləri üçün faydalı olanı axtarmaq istəkləri var. Bunun birinci nəticəsi budur ki, insanlar öz istəklərindən xəbərdar olduqları üçün özlərini azad hesab edirlər və onları tanımadıqları üçün onları bu istək və arzuya sövq edən səbəbləri yuxuda belə görmürlər. İkinci nəticə odur ki, insanlar hər şeyi bir məqsəd naminə, məhz can atdıqları mənfəət naminə edirlər. Buradan belə nəticə çıxır ki, onlar həmişə baş verənlərin yalnız son səbəblərini (causae finales) tapmağa çalışırlar və onlara göstərilən zaman sakitləşirlər, əlbəttə ki, əlavə şübhələr üçün heç bir əsas olmadan. Onları başqasından öyrənməyə imkanları yoxdursa, özlərinə üz tutub görməkdən başqa çarələri yoxdur. Belə hallarda özləri, adətən, hansı məqsədləri rəhbər tuturlar; beləliklə, onlar mütləq digərini özləri mühakimə edirlər. Bundan əlavə, onlar öz daxilində və xaricində faydalarının həyata keçirilməsinə böyük töhfə verən bir çox vasitə tapdıqları üçün, məsələn: görmə üçün gözlər, çeynəmək üçün dişlər, yemək üçün bitki və heyvanlar, işıqlandırma üçün günəş, balıqları bəsləmək üçün dəniz və s., deməli, onlar bütün təbii şeylərə öz mənfəətləri üçün vasitə kimi baxırlar. Onlar bilirlər ki, bu vasitələri özləri hazırlamırlar, özləri tapırlar və bu, onlara inanmağa əsas verir ki, bu vasitələri onların istifadəsi üçün hazırlayan başqa biri var. Əslində, əşyalara vasitə kimi baxaraq, bu şeylərin özlərini belə etdiyini düşünə bilməzdilər. Ancaq özlərinin adətən özləri üçün hazırladıqları vasitələrə bənzətməklə, gərək belə bir nəticəyə gəliblər ki, insan azadlığı bəxş edilmiş hansısa təbiət hökmdarı və ya hökmdarları var ki, onlar üçün hər şeyin qayğısına qalıb, hər şeyi onların istifadəsi üçün yaradıb. Bu hökmdarların xarakteri, heç vaxt bu barədə heç nə eşitmədikləri üçün, özləri mühakimə etməli oldular. Nəticə etibarı ilə onlar belə hesab edirdilər ki, Tanrılar hər şeyi insanların xeyrinə təşkil edir ki, insanlar onlara bağlansınlar və onlara ən yüksək ehtiramları bəxş etsinlər. Benedikt Spinoza
D
redaktə- Din insan ruhunun ehtiyacıdır. Bəşəriyyətin təkamülünün bütün dövrlərində və hər mərhələsində insanların etiqad etdiyi bir din olmuşdur, çünki hər dövrdə dinə ehtiyac duyulmuşdur. Səbəb budur ki, insanın ruhunda bir neçə dərin istək var və bu istəklərə din cavab verir. Birinci arzu idealın axtarışıdır. Elə bir zaman gəlir ki, insan insanlar arasında tapdığından daha tam ədalət axtarır və dünyadakı dostlarından daha çox güvənə biləcəyi birini axtarır. Elə bir vaxt gəlir ki, insan qəlbini insanlardan yüksəkdə olan və onun qəlbini dərk edə bilən bir Varlığa açmaq istəyi hiss edir. İnayat Xan
- Dünyanı anlama və islahat istəyi irəliləmənin iki böyük mühərrikidir. Bertran Rassel
E
redaktə- Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
Ə
redaktə- Ən gülməli istək hamının xoşuna gəlmək istəyidir. Yohann Volfqanq Göte
F
redaktə- Faydalı olmaq və sakit vicdan sahibi olmaq kimi insanı həqiqi xoşbəxt edə biləcək iki istək var. Lev Tolstoy
G
redaktə- Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda
H
redaktə- Hər istək qarşısında insan özünə sual etməlidir: Bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar? Epikür
- Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır. Volter
- Həvəslə və istək arasındakı fərq ondadır ki, “istək” daha çox o insanlara aiddir ki, onlar öz həvəslərini dərk edirlər. Ona görə də belə demək olar: istək, dərk edilən həvəsdir. Benedikt Spinoza
- Hirs ilə istək, insanı çəpgöz edər; Canı doğruluqdan ayırar. Kin gəldimi hünər örtülər; Könüldən yüzlərlə pərdə gələr də gözün önünə çəkilər. Mövlana Cəlaləddin Rumi
X
redaktə- Xoşbəxtlik hər şeyiniz olanda yox, bir şeyiniz olmayanda onu istəyərək əldə etməyinizdədir. Amma çox vaxt əldə etdikdən sonra da bədbəxt olursunuz. Çünki, həyatınızdan bir istək də azalır. Mixail Zoşşenko
İ
redaktə- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
- İstək əksiklik duygusundan özünü qurtarıb tam olma yolunda ruhda əmələ gələn bir kiçik hərəkətdir. Alfred Adler
- İstək gözdə olar, məhəbbət ürəkdə. Azərbaycan atalar sözləri/İ
- İstəkləri məhdudlaşdırmağın ən böyük bəhrəsi azadlıqdır. Epikür
- İstəyi olmadan öyrənən şagird qanadsız quşdur. Sədi Şirazi
- İstəyin də ölçüsü olmalıdır. Əfqan atalar sözləri
N
redaktə- Nar ağacı - istək ağacı. Azərbaycan atalar sözləri/N
Ö
redaktə- Öz halına uyğun deməsən sözü,
İstəyin qəbula yetişməz düzü. Əhvədi
R
redaktə- Rejissor olmaq istəyim 16 yaşımda yaranıb. Mən qədim vikinqlər haqqında film çəkmək istəyirdim. O vaxtlar vikinqləri öyrənirdim. Axmaq fikir idi, hə? Ancaq məni kinoya gətirən bu istək olub. Mel Qibson
T
redaktə- Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onlarən cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi... Fridrix Şiller
İstinadlar
redaktə- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014