A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamı vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə admına görə vəzifə böyük və şərəfli hesab edilir. Əbdürrəhman Cami
  • Ağılsızlıq, şübhəsiz ki, axmaqlıqdan daha yaxşıdır. Dəlilik, mövcud bir zəkanın yox olmasıdır; Axmaqlıq, mövcud olmayan bir zəkanın davam edən yoxluğudur. Ən azından dəlilik keçmişi şanlıdır. Axmaqlığın şərəfli bir tarixi belə yoxdur .. Peyami Safa
  • Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz.[1] Babək Səmidli
  • Bir zamanlar güclü insanların qalıqları Afrikanın barbar orduları arasında itdi; xalq olmağı dayandırdılar; səkkiz əsr ərzində fərqli və şərəfli bir dövlət qursalar da, özlərindən sonra bir ad belə qoymadılar. Seçdikləri ölkə, sevimli evləri, qəsb edənlər istisna olmaqla, onları tanımaqdan imtina edir. Yüksək qayaların nöqtələri bəzi böyük daşqınların miqyasını göstərdiyindən, yalnız xarabalığa çevrilmiş bir neçə bina öz qədim gücünü təsdiq edir: Əlhambra, qotik binaların ortasındakı bu şərq sarayı, bu cəsur, ağıllı insanların zərif abidəsidir; mehriban, zəfər çalan, hakim olan və yoxa çıxan.Vaşinqton İrvinq
    • "Ərəblərin İspaniyada hökmranlığı haqqında düşüncə" (1832), Elhamra Nağılları, Vaşinqton İrving, ed. H. Fournier, 1832, t. 1, s. 83-84
  • Bizcə Türkiyə Respublikası anlamınca qadın, bütün türk tarixində olduğu kimi bu gün də ən hörmətli səviyyədə, hər şeyin üstündə yüksək və şərəfli bir varlıqdır.[2] Mustafa Kamal Atatürk
  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov
  • Bu dünyada kim özünü qısqanclıqdan qoruya bilər? İnsanlar başqaları tərəfindən nə qədər qiymətləndirilirsə, vəzifəsi o qədər vacib və şərəfli olur, o qədər tez qəzəbli qısqanclığın hədəfinə çevrilir: palçıq axınları və böhtan okeanları üstünə tökülür. Jorje Amadu
  • Bu dünyada şərəfli yaşamağın ən yaxşı yolu göründüyün kimi olmaqdır. Sokrat
  • Bu gün əsl fahişəlik ilə müqayisədə şərəfli və doğru bir peşə sayılan qəribə və naməlum fahişəlik formaları var: çünki fahişəxanada ən azından pul üçün bir şey təklif olunur. Henrix Böll
  • Danışdığın qədər şərəfli olsaydı hisslərin; Şərəfini iki qəpiklik etməzdi seçimlərin! Ceyhun Yılmaz
  • Dünyada insan olmaq ən şərəfli vəzifədir. Maksim Qorki
  • Dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adi insana onun öz ləyaqəti qazandırır. Lyuk de Klapye Vovenarq
  • Düzgün, təmiz və şərəfli olmaq üçün pula ehtiyacımız yoxdur. Mahatma Qandi
  • Ey şərəfli müdriklər, sizin hamınız həqiqətə yox, xalqa, xurafata xidmət etdiniz! Fridrix Nitsşe
  • Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır. Mark Tulli Siseron
  • Əgər həmişə şərəfli insan olmaq istəyirsənsə, özünü vətənə həsr et. Denis Fonvizin
  • Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: - Müəllimlik! [3] Həsən bəy Zərdabi
  • Ən şərəfli qələbə xudbinlik üzərində qazanılmış qələbədir. Pyer Büast
  • Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Heydər Əliyev
  • Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! O, istədiyini edəndir. Qurani-Kərim
  • İdeya uğrunda mübarizə etmək böyük və şərəfli işdir. İnsan heyrətamizdir, amma şah əsər deyil. Jozef Konrad
  • İnsanın irəli getməsi üçün daim zirvələrdə onun qarşısında şərəfli şücaət nümunələri olmalıdır... Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı qeyri-mümkündür. Ürəyi zəif olanlar üçün - naməlum. Düşüncəli və cəsurlar üçün - idealdır. Təcili ehtiyac var, tapşırıq böyükdür, vaxt yetişib. Qələbəyə doğru irəli! Viktor Hüqo
  • İşlər şərəfli və ya şərəfsiz olmur, məqsədinə görə şərəfli və ya şərəfsiz sayılır. Aristotel
  • Qalın yorğan kişinin gec yatmasına səbəb olur.
  • Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Avraam Linkoln
    • Oğlunun müəlliminə
  • Mən qaranlıqda uzun yaşamaqdansa, qısa və şərəfli bir ömür sürməyi üstün tuturam. Makedoniyalı İsgəndər
  • Millətin şərəfli olması onun istiqlalyyət əldə etməsidir. And olsun şərəfimə! O xalqın ki, istiqlaliyyəti yoxdur, şərəfi də yoxdur. Şeyx Məhəmməd Xiyabani
  • Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur. Mahatma Qandi
  • Özünü və başqalarını alçaltdığı üçün həqiqəti söyləmək lazım olduğu zaman deməmək şərəfli deyil. Bununla yanaşı, bir çağırışınız və ya bunu etmək hüququnuz yoxdursa, həqiqəti də danışmamalısınız. Georq Vilhelm Fridrix Hegel
  • Rəhbərliyin bir günahkar və ya oğru tərəfindən zəmanət altına alındığı bir respublikada şərəfli insanların öldürülməsi və ya həbs edilməsi normaldır... Məni lənətləyin. Bunun heç bir əhəmiyyəti olmayacaq, çünki tarix mənim yanımda olacaq. Fidel Kastro
  • Sərkərdənin şərəfli ölümü. Adətən, filosoflar yataqda ölürlər. Necə ölmək də əhəmiyyətlidir. Mark Tulli Siseron
  • Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar. Corc Bayron
  • Uçan şahin təhlükəsindən xəbərsiz olan toyuq şənlənir.
  • Yer üzündə müəllimdən daha bir şərəfli peşə tanımıram. Sinoplu Diogen
  • Yoxsul ola-ola paxıl olmayan şəxslər şərəfli insanlardır. Jan de Labrüyer

İstinadlar

redaktə
  1. "Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü". ikisahil.az. ikisahil.az. İstifadə tarixi: 22 oktyabr 2021.
  2. Perihan Naci Eldeniz, TTK. Belleten, Cilt: XX, Sayı: 80, 1956. s. 740
  3. Aforizmlər. Bakı, 2013. səh.15
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.342