Əcəl
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
D
redaktə- Donuzla kral öz əcəli ilə ölmürlər. Fin atalar sözləri
E
redaktə- Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər. Məhəmməd peyğəmbər
- Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə, suda batıb qərq olan. Əhvədi
Ə
redaktə- Əcəl gecikəndə, elə bilirlər ki, daha heç gəlməyəcək. Amxar atalar sözləri
- Əcəl gəldi, baş ağrısı bəhanə. Azərbaycan atalar sözləri/Ə
- Əcəl gəldi cəhanə - Baş ağrısı bəhanə. Türk atalar sözləri
- Əcəl gələndə soruşmaz ki, oğul-uşağın neçədir. Azərbaycan atalar sözləri/Ə
- Əcəl qapını döyməmiş gəlir. Fin atalar sözləri
- Əcəl vədə irməyincə kimsə ölməz. Kitabi Dədə Qorqud
- Əcələ çarə yoxdur. Azərbaycan atalar sözləri/Ə
- Əcəli çatan buğa baltadan qorxmaz. Qırğız atalar sözləri
G
redaktə- Gəldi əcəl, verməz macal. Azərbaycan atalar sözləri/G
X
redaktə- Xəstə yatan ölməz, əcəli yetən ölər. Azərbaycan atalar sözləri/X
Q
redaktə- Qırx il qıran olmuş, əcəli gələn ölmüş. Türk atalar sözləri
- Quzğun adam öz əcəli ilə ölməz. Fars atalar sözləri
O
redaktə- Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür... Nəsirəddin Tusi
T
redaktə- Tələsik gedən əcələ gedər. Türk atalar sözləri