Əsgər

ən kiçik hərbi rütbə
Azərbaycan əsgəri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır. Napoleon Bonapart
  • Amma mən atı özümdən də çox sevirəm. Atlara olan məhəbbətimdən gedib girmişdim süvari polkuna. Atı ac saxlayıb özü tox yatan əsgərdən zəhləm gedərdi. Dərviş Parisi partladır (film, 1976)
  • Bizim əsgər Azərbaycan dolmasını, kiftəsini, bozbaşını, pitisini yeyir.[1] Zakir Həsənov
  • Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur Tomas Vilson
  • Əgər erməni əsgəri öldürülmək istəmirsə Ağdama gəlməsin. İlham Əliyev
  • Əgər əsgər toxdursa, geyindirilibsə, silahlandırılıbsa, qara gün üçün də dala bir şey atıbsa o dövlət üçün təhlükəli deyil. Aleksandr Sever
  • Əgər əsgərlər düşünməyə başlasaydı, orduda heç kim qalmazdı. Fridrix Nitsşe
  • Əsgər kimi yazıçıya da eyni cəsarət lazımdır: birinci xəstəxana haqqında, ikinci isə tənqid haqqında az düşünməlidir. Stendal
  • Əsgər və zabit özünü vətəndaş kimi hiss etməlidir.[2] Cəmil Həsənli
  • Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir. Napoleon Bonapart
  • Əsgərlər döyüşər, generallar öyünər. Benqal atalar sözləri
  • Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır. Şarl Lui Monteskyö
  • Xoşbəxtlik və ya bədbəxtliklə heç vaxt qarşılaşmayan insan bu dünyanı ömründə düşmənlə üz-üzə gəlməmiş əsgər kimi tərk edir. Fridrix Klinger
  • Kimsə heç olmasa bir dəfə döyüş meydanında ölmüş bir əsgərin şüşəyə dönmüş gözlərinə baxsaydı, müharibəyə başlamazdan əvvəl yaxşı düşünərdi. Otto fon Bismark
  • Kömək qəbul etməyi biabırçılıq hesab etmə. Sənin üçün təyin olunan vəzifəni postdakı əsgər kimi yerinə yetirməlisən. Mark Avreli
  • Məhəmməd böyük bir adam, cəsarətli bir əsgər idi; Bender [sic] döyüşündə qazandığı bir neçə kişi ilə; böyük bir kapitan, qürur verici, dövlətin böyük bir insanı, öz vətənini dirçəltdi və Ərəbistanın ortasında yeni bir insan və yeni bir güc yaratdı. Napoleon Bonapart
  • Mən onun (Osmanlı sultanını nəzərdə tutur) cavabında yazdım… Axı iki müsəlman qoşununun biri-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm? Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmir və əsgərlər məst olmuşlar. Onlar axşamdan səhərədək şərab içmiş və müharibə əhval-ruhiyyəsində olmuşlar… O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Dərmiş xana lənət oxuyuram. I Təhmasib
  • Mənimçün xoşdur həm bir idmançı kimi, həm də bir əsgər kimi Azərbaycana xidmət etmək. Onsuz da əsgərlikdə komandirlərin qabağında sıraya durduğumuz kimi, idmanda da məşqçilərin qabağında sıraya dururam. Hər iki halda Vətənimə xidmət edirəm![3] Rəsul Çunayev
  • Ürəyin cəsarəti döyüş saatında, ruhun qorxmazlığı isə bütün sınaqlarda, bütün həyati vəziyyətlərdə sübut olunur.Hücumda başqa şeylərlə birlikdə öz həyatını da fəda etməyə qorxmayan əsgərin qorxmazlığı ilə qovulmasından qorxmayıb hökmrana həqiqəti deyən dövlət adamınınn qorxmazlığı arasında heç bir fərq yoxdur. İntiqamdan, güclü adamın təhdidindən qorxmayıb ədaləti köməksizə verən hakim mənim gözümdə qəhrəmandır. Denis Fonvizin
  • Sərkərdə və əsgər üçün eyni iş müxtəlif cür çətindir. Bu iş sərkərdə üçün asandır. Çünki, bu onun üçün şərəf məsələsidir. Mark Tulli Siseron
  • Silahlı millətin ən canlı nümunəsi Türklərdir. Bu diyar kəndlisinin oraq, katibinin qələm və hətta qadınlarının ətək tutmasında silaha sarılmış bir pəncə cəldliyi vardır. Türk ata minər kimi oturar, kəşfə göndərilən əsgər kimi oyanıq gedər. Moltke
  • Türk əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər. Albert Eynşteyn
  • Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım. Pablo Pikasso

İstinadlar

redaktə