A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, qadınlar layiqli insanlarla əxlaqlı olurlar, avara adamlarla isə nadir hallarda. Denis Fonvizin
  • Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]Məhəmməd Tağı Sidqi
  • Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar. Molyer
  • Despotlar, havanın əxlaqlı olduğu bölgələri sevərlər. Fridrix Nitsşe
  • Əgər dünya daha əxlaqlı olarsa, daha ədalətli olar. Stendal
  • Əxlaqlı adamda hiylə olmaz. Frensis Bekon
  • Əxlaqlı ideallarla üzvi surətdə bağlı olmayan ictimai vətəndaş idealları heç vaxt mövcud deyildi və mövcud ola bilməz! Fyodor Dostoyevski
  • Əxlaqlı insan fəaliyyətinin məzmununu zəruri bir şey kimi bilir ... və bu onun azadlığına o qədər az zərər verir ki, sonuncusu, əksinə, yalnız bu şüur sayəsində özbaşınalığın əksinə olaraq həqiqi və mənalı bir azadlığa çevrilir, hələ boş və yalnız mümkün olan azadlıqdır. Georq Vilhelm Fridrix Hegel
  • Əxlaqlı insanda ailə münasibətləri mürəkkəb, əxlaqsız insanda hər şey rəvan olur. Lev Tolstoy
  • Əxlaqlı olmaq üçün bunu təklif etmək kifayətdir; əxlaqsız olmaq üçün xüsusi şərtlərin olması lazımdır. Enrike Jardiel Ponsela
  • Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın.[2] Mirzə Fətəli Axundov
  • Həqiqi əxlaqlı adam vəzifəsinə görə deyil, təbiəti etibarı ilə əxlaqlıdır. Lüdviq Feyerbax
  • Hər kəs əxlaqlı olana qədər, heç kim tamamilə əxlaqlı ola bilməz. Herbert Spenser
  • İnsanlar fikirləşdiklərindən daha əxlaqlı, lakin ağıllarına gəlməyəcək qədər əxlaqsızdırlar. Ziqmund Freyd
  • Qorxaq heç vaxt əxlaqlı hesab edilə bilməz. Cəsarət, mərdlik, başqa nəcib keyfiyyətləri inkişaf etdirmək üçün hökmən zəruridir. Mahatma Qandi
  • Ləyaqətli və əxlaqlı adamlarla oturub-dursanız, bi məziyyətlər sizə də keçə bilər. [3] Samuel Smayls
  • Lovğa və təkəbbürlü adamı heç vaxt əxlaqlı adam hesab etmək olmaz. Həsən bəy Zərdabi
  • Nə qədər gizlədilsə də, əxlaqsız olan şey heç cür əxlaqlı ola bilməz. Mark Tulli Siseron
  • Nə qədər ki, hamı azad deyil, heç kəs özünü tam azad saya bilməz. Nə qədər ki, hamı xoşbəxt deyil, heç kəs özünü tam xoşbəxt saya bilməz. Nə qədər ki, hamı əxlaqlı deyil, heç kəs özünü tam əxlaqlı saya bilməz. Henrix Mann
  • Yaxşı əxlaqlı olmaq bəzən ətrafdakıların pis davranışlarına dözmək deməkdir. Cekson Braun

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər, Bakı,2005
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  3. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,