Əxlaqsız
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağrı və əzab- bu, günahkar və əxlaqsız insanlara Tanrının göndərdiyi cəzadır. Çingiz xan
- Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar. Şarl Lui Monteskyö
B
redaktə- Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkli əməl eləməz... Qara Qarayev
- Bilirsiniz avropalılar mənim əsərlərimi nə üçün əxlaqsız adlandırırlar? Çünki mən onları olduqları kimi təsvir edirəm. Oskar Uayld
- Bir kərpic belə bir şey olmaq istər. Əxlaqsız təklif (film)
- Bizi məhv edən prinsipsiz siyasət, vicdansız həzz, işsiz zənginlik, xaraktersiz bilik, əxlaqsız ticarət, insanlıqdan uzaq elm və qurbansız duadır. Mahatma Qandi
D
redaktə- Dünyanın əxlaqsız adlandırdığı kitablar, dünyanın özünün utanclarını göstərən kitablardır. Oskar Uayld
Ə
redaktə- Əxlaqsız adam insan deyil, əşyadır. Sofokl
- Əxlaqsız adam üçün elm pislik etmək üçün silahdır. Denis Fonvizin
- Əxlaqsız adamın şərəfi olmaz. Əli
- Əxlaqsız adamlarla oturub-duran öz şərəfini itirər. Ərəb atalar sözləri
- Əxlaqsız münasibətlərdən uşağa qul kimi olan münasibət ən əxlaqsızıdır. Georq Vilhelm Fridrix Hegel
- Əxlaqsız nəcabət qaşçız üzüyə oxşayır. Uilyam Porter
- Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi
- Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar. Hüseyn Cavid
H
redaktə- Hər cür əxlaqsız münasibətlərdən uşaqlara kölə kimi yanaşmaq birinci yerdədir. Georq Vilhelm Fridrix Hegel
- Hərəkətimin mənəvi dəyəri olması üçün inancım bununla əlaqəli olmalıdır. Cəzalandırmaq qorxusu ilə və ya başqalarından özünüz haqqında yaxşı fikir qazanmaq üçün bir şey etmək əxlaqsızlıqdır. Georq Vilhelm Fridrix Hegel
X
redaktə- Xalq nəzdində qəbul edilən əxlaqsız natiqlər sadəcə insanların eşitmək istədiyi sözləri söyləyərlər. Mişel Fuko
K
redaktə- Kim namus və əxlaq cəngavərliyi edirsə, bilin ki, ən əxlaqsız odur! Fridrix Nitsşe
- Kurtizanka (əxlaqsız qadın) sərvətdən məhrum olanı, tabeçiliyində olanlar zəifləmiş hökmdarı, quşlar meyvəsi olmayan ağacı, qonaqlar isə qonaqlıq sona çatan evi tərk edirlər. Çanakya
N
redaktə- Nə qədər gizlədilsə də, əxlaqsız olan şey heç cür əxlaqlı ola bilməz. Mark Tulli Siseron
O
redaktə- Ovçular tərəfindən meşədə qazılmış quyu başqa ovçular üçün də nəzərdə tutulduğu kimi, əxlaqsız hökmdar da yaxşı keyfiyyətlərdən məhrum edilmiş alçaqlara, yaramazlara kömək edir. Çanakya
S
redaktə- Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər. Rabindranat Taqor