Aş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aş versən, aş verərlər, daş versən - daş. Tatar atalar sözləri
- Aşın dadı duz ilə, adamın tamı söz ilə. Özbək atalar sözləri
- Aşpaz iki olanda aş ya duzlu olacaq, ya duzsuz. Fars atalar sözləri
Ç
redaktə- Çox aş ya qarın ağrıdar, ya baş. Azərbaycan atalar sözləri/Ç
D
redaktə- Dəvə yükü aş olsa da, ac adama az görünür. Mahmud Qaşğari
İ
redaktə- İsti aşa soyuq su qatma. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
Q
redaktə- Qadın var arpa unundan aş elər,
- Qadın var buğda ununu daş elər. Türk atalar sözləri
- Qarğa özün quş bilir, xaşıl özünü aş. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
N
redaktə- Namərd - aş üstündə dillənər, mərd - iş üstündə dillənər. Türkmən atalar sözləri
- Namərdin plovundan, mərdin qaşıq aşı. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
- Nə tökərsən aşına o da cıxar qaşığına. Azərbaycan atalar sözləri/N
P
redaktə- Paxılın aşı bişməz, bişsə də ocaqdan düşməz. Özbək atalar sözləri